FHN-in daha bir əsgəri öldü

Allahyar Məmmədov ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib

Source:


Allahyar Məmmədov ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Mülkü müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov dünyasını dəyişib.

FHN-in yaydığı məlumata görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış əsgər hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Hadisə ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır.

Ana səhifəXəbərlərFHN-in daha bir əsgəri öldü