Mənbə: Meydan TV

FHN: Bakıda 16 mərtəbəli binada yanğın olub

“3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub”

Bakının Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata əsasən, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalı (fhn.gov.az)

Nazirliyin məlumatında qeyd olunur ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.

Yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mw5q8z

Ən çox baxılan