Fernando Alonso: ”Gərgin mübarizə gözləyirəm”

Alonso
Alonso


“Düşünürəm ki, şəhərin tarixinə zərər gəlməz”


“Formula-1” yarışlarının pilotu, ispaniyalı Fernando Alonso Bakıda keçiriləcək Avropa Qran-prisinin Səfiri kimi Azərbaycana gəlib. “Maklaren-Honda” komandasının nümayəndəsi olan Alonso martın 8-də “Hilton” hotelində mətbuat konfransı keçirib. Ayrıca olaraq, idmançı virtualaz.org saytının əməkdaşının da suallarına cavab verib.


– Siz şəhərə və yarışların keçiriləcəyi yola baxdınız. Təəssüratlarınız necədir?

– Yol çox maraqlıdır. Gərgin mübarizə gözləyirəm. Azərbaycanlı azarkeşləri gərgin mübarizə gözləyir. “Formula-1”ə televizorda baxmaq ayrıdır, yarışı əyani görmək ayrı. Bakıda əla infrastruktur, möhəşəm hotellər var. Gözəl şəhərdir və hesab edirəm ki, yarışların saat 18.00-da başlanması da əla seçimdir.





 Yolun


daha çox hansı hissəsi xoşunuza gəlib?

– Həmin düz istiqamət, hansı ki, orada maksimal sürət yığmaq olar. Orada saatda 340 kilometr sürətlə şütümək mümkündür. Sonra sərt döngə gəlir. Mənim üçün bu, yolun ən çətin hissəsi olacaq. Çox maraqlı sahələri var, şəhərin tarixi hissələrindən keçir, orada eniş-yoxuşlar da var.





Sizi Avropa Qran-prisinin Səfir seçiblər.


Bu, üzərinizə əlavə məsuliyyət qoyur?

– Mənim üçün Avropa Qran-prisinin Səfiri olmaq çox mühümdür. Üç dəfə Avropa qran-pri yarışlarında qalib gəlmişəm, Bakıda da bu uğurları təkrar etməyə ümid edirəm. Biz hamımız bu idman növünü populyarlaşdırmağa çalışırıq. Azərbaycanda “Formula-1” yarışları ilk dəfə keçiriləcək. Və biz insanlara izah etmək istəyirik ki, bu, nə deməkdir. Hesab edirəm ki, azərbaycanlı azarkeşlər məmnun qalacaqlar.


– Qeyd etdiniz ki, yolun bəzi hissələri şəhərin tarixi yerlərindən keçir. Yarış Bakının qədim tarixinə xələl gətirməz ki?

– Bu sualı təşkilatçılara versəniz yaxşı olar. Düşünürəm ki, heç bir zərər gəlməz. Hər şey düşünüləcək və hesablanacaq.

Ana səhifəVideoFernando Alonso: ”Gərgin mübarizə gözləyirəm”