Fərid Mehralızadənin zorla avtomobilə qoyularaq polisə aparıldığı bildirilir

Fərid Mehralızadənin şəxsi arxivindən

DİN iqtisadçının dəvət edildiyini və araşdırma aparıldığını deyir

İqtisadçı Fərid Mehralızadənin zorla avtomobilə qoyularaq polisə aparıldığı bildirilir.

Hadisəni görən və çəkmək istəyən Meydan TV-nin əməkdaşının telefonu zorla əlindən alınıb.

Daxili İşlər Nazirliyi (DİN) isə iqtisadçının zorla aparılmasını inkar edib. 

Qurumdan Meydan TV-nin sorğusuna cavabda bildirilib ki, vətəndaş Fərid Mehralızadə polisə dəvət edilib:

“Araşdırma aparılır”.

Ana səhifəSiyasətFərid Mehralızadənin zorla avtomobilə qoyularaq polisə aparıldığı bildirilir