Fərdiyyətçilik yoxsa kollektivizm?!

Kollektivizmin bəşəriyyətə verdiyi ziyan

Source:

Ümumilikdə insanlar kimi cəmiyyətlər də tamamilə fərdiyyətçi və ya kollektivist olmular. Hər bir cəmiyyət eyni anda həm fərdiyyətçiliyi, həm də kollektivizmi özündə sintez edir. Bəzi cəmiyyətlərdə fərdiyyətçilik şüuru daha çox yer tutduğu halda, digərlərində kollektivizm daha çox faiz təşkil edir. Bu nisbiliyi nəzərə alaraq bəzi cəmiyyətləri fərdiyyətçi, bəzilərini isə kollektivizm.


Fərdiyyətçi və kollektivist olmaq nə deməkdir? Bu necə müəyyən olunur? Şərq-Qərb nümunəsi

Hal-hazırda müxtəlif cəmiyyətlərin nə dərəcədə fərdiyyətçi və ya kollektivist olduğunu ölçmək üçün “Dəyər Təhlili Modul”undan (Value Survey Module 1994 – VSM 94)



istifadə edilir



. Bu modulun yaranmasından öncə isə hollandiyalı psixoloq Geert Hofstede müxtəlif cəmiyyətlərin mədəniyyətlərini  araşdırmaq  üçün indikatorlar müəyyən etmişdir ki, bunlardan biri də fərdiyyətçilik indikatoru idi. Daha sonra Fons Trompenaars, Charles Hampden-Turner və Shalom Schwartz kimi psixoloq və sosioloqlar fərqli indikatorlarla cəmiyyətlərin fərdiyyətçi və ya kollektivist olmalarını müəyyən etməyə çalışıblar. Bu indikatorları ölçmək üçün fərqli ölkələrin vətəndaşları arasında sorğu keçirilib və cəmiyyətlərin nə dərəcədə fərdiyyətçi olduqlarını müəyyənləşdirilməyə çalışılıb.

Hofstedin qoyduğu sualları nəzərə alsaq,

fərdiyyətçilik bir insanın özünün və ailəsinin qayğısını özü çəkməsi

kimi təsvir edilib. Kollektivizm isə bu qayğının məsuliyyətini bir qrup arasında paylaşıb (bu dövlət və ya təşkilat ola bilər) əvəzində bu qrupun dəyərlərinə baş əymək kimi izah olunur. Yüksək səviyyədə fərdiyyətçilik nümayiş edən insanlar daha özlərinə əmindirlər, daima inkişaf edirlər, qərarları özləri verirlər və bu seçimlərindən və qərarlarından razıdırlar. Toplumcu insanlar isə qərarı başqalarının üzərinə qoyurlar. Əgər fərdiyyətçi insan sosial münasibətlərin onun dəyərlərinə bir başa müdaxiləsini qəbul etmirsə, kollektivist insan münasibətdə olduğu qrupların onun özəl həyatına müdaxiləsinə imkan yaradır və hətta buna normal baxır. Fərdiyyətçi insanın ən çox qorxduğu şey özünə hörməti itirməkdir. Digərlərinin gözündə hörməti itirməkdən qorxmaq və bundan dolayı yaranan utanclıq hissi  isə məhz kollektivist insanlara xas olan bir şeylərdir.

Qısacası Hofstedə görə fərdiyyətçi insan azadsevər, cəsarətli, məsulliyyətli, itaəetsiz, heç kəsdən asılı olmayan və yalnız özünə cavabdeh olan



anlamlarını verir.


Bu indikatorlarla ölçülən fərdiyyətçilik  nəticəsində yaranan sıralamada bir daha sübut olundu ki, qərb cəmiyyətləri şərq cəmiyyətlərindən fərqli olaraq daha fərdiyyətçidirlər. Xüsusən anqlo-sakson cəmiyyətləri (ingiltərə və ABŞ), Avstraliya daha azadsevər, daha cəsarətli, daha özünə əmindirlər. Latın Amerikası, Afrika, Asiya ölkələri isə daha çox kollektivist, yəni daha çox asılı,



daha çox cəsarətsizdir.


Ən maraqlısı odur ki, bu indikatorlarla şərqdə belə inkişaf etmiş dövlətlərin insanları daha çox fərdiyyətçilik nümayiş elətdirir, nəyinki digər şərq ölkələrinin insanları. Misal üçün Hofstedin araşdırmasının nəticəsinə görə Yaponlar avropa və amerikalılar qədər fərdiyyətçi olmasalar da şərqin ən fərdiyyətçi cəmiyyətidirlər.  Bir sözlə yaponlar şərqin ən azadsevər, cəsarətli və məsuliyyətli cəmiyyətidir. Və ümumiyyətlə Hofsted araşdırmasının faizləri göstərir ki, ümumilikdə inkişaf etmiş, sənayə ölkələrinin vətəndaşları, inkişafda olan ölkələrin vətəndaşlarından daha fərdiyyətçidirlər.

Lakin digər hollandiya sosioloqu Fons Trompenaarsın indikator suallarına nəzər salsaq, görərik ki Trompenaarsın fərdiyyətçilik anlayışı öz maraqlarını toplumun maraqlarından üstün tutmaq, bir növ yaşamaq üçün mübarizə etmək, kollektivizm isə cəmiyyətin maraqlarına xidmət etmək, əməllərinin digərlərinə xeyir verməsi üçün çalışmaq deməkdir.

Trompenaars öz araşdırmasında sualları belə qoyur:

  1. Bir insanın həyat keyfiyyətini yaxşılaşdırmaq üçün ona mümkün qədər azadlıq və inkişaf etmək imkanları verilməlidir?
  2. Hər bir insan hətta azadlığından və fərdi inkişafından imtina edərək yaxınının qayğısına qaldıqda hər birinin



    həyatı yaxşılaşacaq?


Birinci deyimə üstünlük verənlər fərdiyyətçi, ikinciyə üstünlün verənlər kollektivist olaraq müəyyən edilir. Yəni Trompenaarsın fərdiyyətçisi biganədir, eqoistdir.kollektivist insan isə cəmiyyətin xeyrinə öz azadlığından imtina etməyə hazır olan, digərləri üçün çalışan  kimi qələmə verilir.  Onun sıralamasında fərdiyyətçi cəmiyyətlərdəki insanlar öz aralarında rəqabət, kollektivist cəmiyyətlərin insanları isə aralarında əməkdaşlıq edirlər. Əgər Hofstedə görə Yaponlar fərdiyyətçi idilərsə Trompenaarsın fərdiyyətçiliik indikatorları ilə edilən araşdırmanın nəticəsində Yaponlar eqoist fərdiyyətçi qərblilərdən çox arxadadırlar və onlardan fərqli olaraq kollektivist, cəmiyyət üçün çalışan insandırlar. Lakin İsrail və Nigeriya kimi dövlətlərin vətəndaşları Trompenaarsın araşdırmasına görə ən çox fərdiyyətçilik nümayiş



elətdirən cəmiyyətlərdir.



Fərdiyyətçi və toplumcu insanın dünyaya baxışı

Göründüyü kimi individualizm və kollektivizm anlayışlarını bir çox mənfi və müsbət mənalar verilir. Lakin Tromperaansın fərdiyyətçilik indikatorları  eqoizm kimi təqdim olunsa da ümumən bütün araşdırmalar yenə də qərbin daha fərdiyyətçi olmasını göstərib ki, bu da əslində fərdiyyətçiliyin ən əsası

azadlıqla, inkişafla



insanların maddi durumu ilə

düz mütənasib olmasını göstərir.

Fərdiyyətçi insan unikaldır, asılı deyil, azaddır, yaşaması üçün mütləq bir qrupa daxil olub onun parçası olmasını gözləmir. Kollektivist insan isə daima özünü bir qrupun parçası kimi görür, qrupun fikrini paylaşır. Öz məsuliyyətininə digərlərini cavabdeh etdiyi kimi, digərlərinin  məsuliyyətinə də cavabdehliyi üzərinə alır. Kollektivist cəmiyyətlətlərdə fərdi problemlər və fərdi çözümlər olmur. Hər bir fərdin problemi artıq cəmiyyətin problemi sayıldığı üçün, problemin çözümü fərdi qane etməsə də, o an kollektivi qane etdiyi üçün tətbiq olunur.

Cəmiyyətin individualist və ya kollektivist formalaşması dövlətin siyasi sisteminin nə qədər azad olmasından asılıdır. Demokratik dövlətlərin əhalisi daha individualist olduğu kimi, nasist, faşist sistemlərin ayrılmaz parçası məhz kollektivçi düşüncədir.

Yuxarıdakıları nəzərə alaraq fərdiyyətçi və kollektivist insanların bir neçə xüsusiyyətlərini daha vurğulamaq lazımdır. Fərdiyyətçi və  toplumcu insan arasında olan fərq onun dəyərləri ilə əlaqədardır.

Fərdiyətçi insan fərdin seçiminə önəm verdiyi halda, kollektivist insan dəyəri fərddən üstün tutur.  Toplumu birləşdirən şey məhz dəyərlərdir. Dəyər, ideologiya, fikirlər insanları bir araya gətirir hər zaman. Bunun üçün Trompenarsaanın müəyyən etdiyini indikatorlarla kollektivizm ilk baxışdan nə qədər altruist səslənsə də, cəmiyyətə verdiyi xeyirdə qeyrisəmimidir. Əgər bir insan onu digərləri ilə birləşdirən dəyərə o insanlardan daha çox önəmsiyərsə o zaman onun cəmiyyətə verdiyi xeyir o dəyərlərin bu gün var olmasından asılıdır. Ortaq dəyər varsa qrupun insanlarına xeyir var. Trompenaarısn fərqli mədəniyyətləri araşdırması göstərir ki kollektivist cəmiyyətlərdə  dostluq qohumluq münasibətləri işdə belə irəli çəkilir. Dostluq qohumluq olmasa xeyir də olmayacaq. Bu da öz növbəsində bərabərlik, ədalət anlayışlarını pozur. Qohumbazlıq, yerlibazlıq, korrupsiya kimi iyrənc faktorların cəmiyyətdə inkişaf etməsinə yol açır.

Liberalizmin əsas təməllərindən biri fərdiyətçilik olması da məhz fərdiyyətçiliyin azadlıq və bərabərlik olmasından irəli gəlir. Azadlığın və bərabərliyin təməlinda məhz fərdiyətçilik dayanır. Lakin fərdiyyətçilik yalnız özünü düşünmək deyil. Əbəs yerdən deyil ki, fərdiyyətçilik məhz humanizmlə eyni anda inkişaf edib. Fərdiyyətçilik əslində qarşındakı insanı daşıdığı dəyərlərdən asılı olmayaraq insan olduğu üçün önəmsəmək, onun da sənin kimi azadlıqlara, şəxsi həyata malik olduğunu qəbul etmək və ən əsası onun mədəniyyətindən, millətindən, dinindən asılı olmayaraq özünə bərabər bilməkdir. Fərdiyyətçi cəmiyyətin üzvləri kollektivist cəmiyyətin üzvlərindən fərqli olaraq digərlərinə xeyir vermək məqsədi ilə yaşamasalar da, nəticədə cəmiyyətin hər bir üzvü azad və bərabər imkanlara malik olduğu üçün inkişaf edir.

kollektivist cəmiyyətlərdə çox saylı fərqli insanları bir araya gətirən ortaq dəyərləri araşdırmağa başlasaq bunları saya bilərik: vətən, millət, mədəniyyət, din, qohumluq əlaqələri.  Bunlar hamısı dünyada eyni ərazidə (vətən, ailə) bəzən də fərqli və biri-birindən uzaq yerlərdə (din, millət, mədəniyyət) yaşayan insanları bir araya gətirən dəyərlərdir.

Kollektivizm yalnız birgə çalışmaq, birgə yaşamaq, paylaşmaq demək  deyil.  Kollektivizm həm də birgə məsuliyyət daşımaqdır.  Və paradoksal olan budur ki, kollektivist olan  xalqlar diktaturaya qarşı, ədalətsizliyə qarşı, fərdiyyətçi xalqlardan fərqli olaraq, daha az kollektiv şəkildə etiraz edə bilirlər. Bu da onların məsuliyyəi paylaşma (bir növ hamı etiraz etsə, mən də qoşularam) mədəniyyətindən irəli gəlir.


Azərbaycan kollektivist cəmiyyət kimi

Son zamanlar dünyada həmçinin Azərbaycanda baş verən hadisələrə insanların yanaşmasından onların fərdiyyətçi yoxsa kollektivist olmasını anlamaq olar. Misal olaraq, Qəzzada törədilən qətliama biz azərbaycanlıların kellektivist xalq olaraq iki qrupa ayrılıb münasibət bildirirdik. Bir qrup  Qəzzada günahsız insanların müsəlman olduqlarını vurğulayıb, eyni anda da yahudilərə niftət etməsi bu insanların din dəyərini önəmsəməsindən irəli gəlir. Digər tərəfdə isə başqa bir qrupun Yaser Arafatı ermənilərə dəstəkdə günahlandıraraq Qəzzada günahsız uşaqların ölümünə bərayət qazandırması bu qrupun millət və vətən dəyərlərini önəmsəməsini göstərir. Hər iki halda toplumcu dəyəri üstün tutan insan dünyada baş verən hadisələrdə yenə də ortaq dəyərlərdən çıxış edərək müdaxilə edir (hazırda: ya ölənlərin məhz müsəlman olmasına görə, ya da Yaser Arafatın ermənilərə dəstək verməsinə görə). Bir Yaser Arafatın  məsuliyyətini bütün fələstinlilər daşımalıdır deyə müdaxilə edən toplumcu insanlar Yaser Arafatın məsuliyyətini bütün toplumun arasında paylaşdırır. Və ya digərlərinin İsrail rejiminin iyrəncliyini bütün yahudilər arasında paylaşdırır. Nəticədə kollektivizm varsa o zaman orda mütləq milliyətçilik, irqçilik dinçilik yaranır. Artıq bir siyasi rejimə, bir liderin hərəkətinə görə bütün xalq günahlandırılır, aşağılanır.  Eyni anda insan insan olduğu üçün gözdən düşür ortaq dəyər paylaşan olduğu üçün (eyni millət eyni din)  önəmsənir.

Biz Azərbaycanlıların kollektivist olmasına bizim vətən anlayışımızdan da görmək olar. Dəyəri üstün tutduğumuz üçün dünyada baş verən hadisələrə dəyər prizmasından müdaxilə etdiyimiz kimi, ölkənin içində baş verən hadisələrə də bu prizmadan baxırıq. Bizim üçün vətən anlayışı torpaqdan və dövlət maraqlarından ibarətdir.  Biz azərbaycanlılar çoxluq etibarı ilə torpağa onun uğrunda şəhid olan insandan daha çox önəm veririk. Bir çoxumuz hətta kollektivist eqoistlik edirik. Öz yaxınlarımızın ölməsini istəməsək də, torpaq uğrunda başqasının atasını, oğlunu, qardaşını qurban verməyə hazırıq ki, təki o torpaq (yəni bizim ortaq dəyərimiz), bir növ bizim namusumuz, şərəfimiz geri qayıtsın. O torpağın üstündə yaşayan insanın aqibəti, onun uğrunda savaşan insanın aqibəti bizi maraqlandırmır. Vacib olan o dəyərdir ki, onu qaytarmaq bizim üçün insan itirməkdən daha önəmlidir.


Kollektivizmin bəşəriyyətə verdiyi ziyan

Kollektivist yəni dəyəri üstün tutan insan daima ayrıseçkilik edir. Onun dəyərini (millət, vətən, din, qohumluq əlaqələri) daşımayan insana qarşı diskriminativ yanaşır. Əgər fərdiyyətçi “mən” deyib özünü daha önəmsədiyi zaman digərlər hər bir kəsi bərabər görürsə, toplumcu “biz” və “onlar” deyərək digərlərinə qarşı diskriminativ yanaşır.  “Biz” sözünün altında doğrular,   haqqlılar “onlar” sözünün altında isə haqqsızlar dayanır ki, “biz” altında birləşən insanlara xeyir verdiyini zənn edərkən “onlar”a mütləq ziyan vermiş olur. İstər bu “biz” “onlar” ailə münasibətlərində olsun ki, nəticədə qohumbazlıq, digərinə qarşı ədalətsizlik olsun, monopoliya yaratsın. İstərsə də “biz” bir millət olsun ki, digərində qarşı müharibə edib qətliam etsin. Hər bir halda insanın istər özünə, istər “biz” dediyi  kiçik dünyasına, cəmiyyətinə, istərsə də bəşəriyyətə verəcəyi ziyanlı fikirlərin arxasında ayrı-seçkilik dayanır.

Ana səhifəMənim FikrimcəFərdiyyətçilik yoxsa kollektivizm?!