Fədayə Laçının məhkəməsi başlayır

Məhbusların qaçmasına yardım etməkdə günahlandırılanlar məhkəmə qarşısına çıxarılacaq

Source:
Fədayə Laçın
Fədayə Laçın


Məhbusların qaçmasına yardım etməkdə günahlandırılanlar məhkəmə qarşısına çıxarılacaq

Ötən il oktyabrın 22-dən 23-nə keçən gecə Lənkərandan Bakıya gətirilən dustaqlar Əli Ağami və “Qoca” ləqəbli Etibar Məmmədovun qatardan qaçmasına görə başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Hazırda təqsirləndirilən şəxslər və müdafiəçiləri cinayət işinin materialları ilə tanış olurlar. Daha sonra cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Bu cinayət işi üzrə 14 nəfər təqsirləndirilir. Onlardan biri axtarışdadır, qalan 13 nəfər isə həbs olunub. Həbs olunanlar arasında dustaqlara cavabdeh olan sıravi əməkdaşlarla yanaşı, Penitensiar Xidmətin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovniki Bəhruz Abdullayev də var. Müğənni Fədayə Laçın, Əli Ağami də təqsirləndirilənlər sırasındadır. O, birbaşa dustaqların qaçırılmasına görə yox, hadisədən sonra Etibar Məmmədovun gizlədilməsinə görə məsuliyyətə cəlb olunub.

Təqsirləndirilən şəxslərə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, həbs yerindən qaçma və başqa maddələrlə ittiham irəli sürülüb.

Şirvan şəhərində 2015-ci ildə iki nəfərin ölümünə görə ittiham olunan Əli Ağami və Etibar Məmmədova dövlət ittihamçısı məhkəmədə 19 il azadlıqdan məhrumetmə cəzası istəmişdi. Bundan sonra məhkəmədən Bakıya qaytarılarkən onlar səhərə yaxın Biləcəri dəmiryol stansiyasında qatardan qaçmışdılar. 29 yaşlı Əli Ağami hadisədən üç gün sonra elə Şirvan şəhərində saxlanıldı. Etibar Məmmədov isə on gün sonra əməliyyat nəticəsində öldürüldü.

Noyabrın 14-də isə Əli Ağami iki nəfərin ölümündə təqsirli bilinərək, 19 il azadlıqdan məhrum edildi.

Ana səhifəXəbərlərFədayə Laçının məhkəməsi başlayır