FED uçot dərəcəsini artırıb

”Ən önəmli mesaj FED-in 2017-də 3 dəfə faiz artıracağı barədə açıqlamasıydı”

Source:
FED foto APA
FED foto APA


”Ən önəmli mesaj FED-in 2017-də 3 dəfə faiz artıracağı barədə açıqlamasıydı”

Dekabrın 14-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

“APA-Economics” xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25-0,50% artırıb.

Sonuncu dəfə FED uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq.

Qərarı Meydan TV-yə şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, qərar gözlənilən idi: “Bu gözlənilən idi, amma ən önəmli mesaj o oldu ki, FED 2017-də 3 dəfə faiz artıracağını dedi, əsas bu idi. Çünki əksəriyyət 2 dəfə faiz artacağı mesajını gözləyirdi”.

Natiq Cəfərli foto Meydan TV

Natiq Cəfərli manatın bundan sonra daha sürətlə ucuzlaşacağını da bildirib: “Bu qərar başqa valyutalara da təzyiqini gücləndirəcək. Düzdür, manat əvvəli iki devalvasiya qədər olmasa da, ucuzlaşma olacaq”.

Ana səhifəXəbərlərFED uçot dərəcəsini artırıb