Fazil Mustafa: Rəsulzadəyə lazımi qiymət verilmir

Milli Məclis 31 Martla əlaqədar xüsusi iclas keçirib

Source:
Fazil Mustafa
Fazil Mustafa


Milli Məclis 31 Martla əlaqədar xüsusi iclas keçirib

“Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji lideri və qurucularından olsa da, müasir Azərbaycan dövlətçilyinin qurucusu Heydər Əliyevdir”. Bunu Milli Məclisin 31 Mart Azərbaycanlıların Soyqırımının 100 illiyi ilə əlaqədar xüsusi iclasıında deputat Fazil Mustafa deyib.

Martın 30-da keçirilən iclasda deputat bildirib ki, Məhəmməd Əmin Rəsulzadəyə lazımi qiymət verilmir:

“Nədənsə Rəsulzadəyə münasibət fərqlidir. Onun adının əbədiləşdirilməsi istiqamətində işlər getmir və ya buna qısqanclıqla yanaşılır. Hətta onun Novxanıdakı ata ocağı uşaq bağçası kimi fəaliyyət göstərir. Niyə onu muzeyə çevirmirik? Öz əlimizdə olan işləri görmürük, lakin ermənilər Njdeyə abidə qoyanda başlayırıq, niyə abidə qoyurlar? Belə yanaşma olmaz axı”.

Milli Məclisin iclası soyqırım qurbanlarınınm bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Spiker Oqtay Əsədov bildirib ki, Prezidenti İlham Əliyev bir müddət əvvəl 31 mart soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb və sərəncamda Milli Məclisə bununla bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Azərbaycanlıların soyqırımı barədə danışan spiker deyib ki, erməni işğalçılarını dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın tarixi var. O qeyd edib ki, 20-ci əsrin əvvəllərində Azərbaycana 1 milyondan çox erməni köçürülüb:

“Tarixin müəyyən dövrlərində böyük dövlətlər geosiyasi planlarını həyata keçirmək üçün erməni faktorundan məharətlə istifadə ediblər. Bu dövlətlərin gizli və açıq himayəsindən istifadə edərək erməni millətçilərinin “Böyük Ermənistan” xülyası Cənubi Qafqazda əhalinin böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxarıb. Erməni şovinistləri ələ keçirmək istədikləri əraziləri yerli sakinləri təmizləmək niyyətini güdüblər”.

Tarixçi-deputat Yaqub Mahmudov deyib ki, hüquqi qiymətin verilməsi üçün Milli Məclis Azərbaycanlılarının Soyqırımı və Xocalı faciəsi ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir:

“Xocalı soyqırımını törədən qatillərin həyatda yaşayırlar. Bu soyqırımının törədilməsini özləri də etiraf ediblər. Sarkisyanın özü də bunu etiraf edib”.

Y.Mahmudovun sözlərinə görə, Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxıblar:

” Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi.

Ana səhifəXəbərlərFazil Mustafa: Rəsulzadəyə lazımi qiymət verilmir