Fazil Məmmədov Güləş Federasiyasından istefa verib

Federasiyaya onun müavini rəhbərlik edəcək

Source:
Fazil Məmmədov
Fazil Məmmədov


Federasiyaya onun müavini rəhbərlik edəcək

Sabiq vergilər naziri Fazil Məmmədov Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsindən rəsmən ayrılıb.

“Report”un məlumatına görə, bir müddət əvvəl F.Məmmədov istefa ərizəsi

yazıb.

Artıq onun adı AGF-nin rəsmi saytından da çıxarılıb. Qurumda prezident əvəzi kimi əvvəllər I vitse-prezident vəzifəsində çalışmış Namiq Əliyev göstərilib.

N.Əliyev bu gün güləşçilərlə federasiya rəhbəri kimi görüşərək, onlara Yeniyetmələrin III Yay Olimpiya Oyunları və dünya çempionatında uğurlar arzulayıb.

Fazil Məmmədov 2007-ci ildən Azərbaycan Güləş Federasiyasının prezidenti idi. O, həm də Azərbaycan Otüstü Hokkey və Azərbaycan Velosiped İdmanı federasiyalarına rəhbərlik edir.

Fazil Məmmədov prezidentin sərəncamı ilə 2017-ci ilin dekabrında vergilər naziri vəzifəsindən azad

edilib.

Ana səhifəXəbərlərFazil Məmmədov Güləş Federasiyasından istefa verib