20 Yanvar dairəsində yerləşən “FEBA” və “ASP” MTK-dan mənzil alan vətəndaşlar Prezident Administriyasiyasına üz tutublar. Şikayətçilər mənzili almaq üçün ödənişin bir hissəsini tikinti şirkətinə, qalan hissəsini Bank VTB ilə kredit müqaviləsi əsasında ödəyiblər.
Mənzil sahibləri ikinci devalvasiyadan sonra krediti ödəyə bilmirlər. Onların sözlərinə görə, bank vətəndaşlarla dollarla müqavilə bağlasa da, tikinti şirkətinə ödənişi manatla ediblər.
Leyla Sultanova deyir ki, o, təhvil belə almadığı mənzil üçün 160 min civarında ödəniş etməlidir. Halbuki həmin mənzilə 43 min ödəməklə sahib olanlar var.
Prezident Administrasiyasından şikayətçilərə bildirilib ki, aprelin 1-də onları Fuad Ələsgərov qəbul edəcək.
Tikinti şirkəti ilə əlaqə mümkün olmayıb.
Mənzil alanların vəkili Əkrəm Həsənov bildirir ki, Bank VTB və tikinti şirkəti vətəndaşların hüququnu pozub. Bankla bağlanan dırnaqarası ipoteka krediti üçün artıq məhkəməyə müraciət olunub.
Ekspert deyir ki, Konstitusiya Məhkəməsinin dollarla kreditlərlə bağlı qərarın 6-cı bəndinə görə, vətəndaş borcu ödəməyə qadir deyilsə, bank bütün hallarda guzəştə getməlidir.
Bank VTB-dən sorğumuzu müvafiq şöbəyə göndərdiklərini desələr də, cavablandıran olmadı.