“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru Faiq Əmirlinin xanımı Lalə Əmirli bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında onunla görüşə nail olub.
Vəkil Aqil Layıc Ədliyyə Nazirliyinin “qaynar xətt”inə müraciət etdikdən sonra, şikayət araşdırılmaq üçün Pentensiar Xidmətə göndərilib. Qurumdan görüşlə bağlı heç bir problem yaranmayacağı bildirilib. Bu həbs olunandan sonra onların ilk görüşü olub.
“Azadlıq” qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin köməkçisi Faiq Əmirli avqustun 20-də yaşadığı binanın qarşısında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onun avtomobilinin yük yerindən Fətullah Gülənin bir neçə kitabının çıxdığı deyilir. Bundan sonra avqustun 22-də Nəsimi Rayon Məhkəməsində Faiq Əmirli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) 168.1-ci maddə ilə (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) maddəsi ilə ittiham verilib.
Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə işçi qrupunun oktyabrın 17-də açıqladığı hesabatda Faiq Əmirlinin də adı var.
Kanalımıza abunə ol, daha çox video izlə –
https://goo.gl/TcM9Fm