Faiq Əmirlinin səhhətində problem yaranıb

“Mədəsindəki kəskin ağrılar yenidən baş qaldırıb”

Source:


“Mədəsindəki kəskin ağrılar yenidən baş qaldırıb”

“Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirlinin səhhəti son günlər pisləşib. Bu barədə onun həyat yoldaşı Lalə Əmirli öz “Facebook” səhifəsində yazıb. Bildirib ki, sonuncu telefon danışığı zamanı o, mədəsində kəskin ağrıların yenidən baş qaldırdığını deyib.

Faiq Əmirlinin vəkili Aqil Layıcov “Turan”a bildirib ki, payızın gəlməsi ilə onun mədə xorası kəskinləşib, dieta və normal müalicə olmaması isə onun vəziyyətini ağırlaşdırıb:

“Dəfələrlə müraciət olmasına baxmayaraq, istintaq indiyədək onun avtomobilini qaytarmayıb. Avtomobil guya içərisində ekstremist kitablar tapıldıqdan sonra müsadirə olunub. Bu iş üzrə sənədlər Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlanır”.

AXCP sədrinin köməkçisi və “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirov avqustun 20-də Fətullah Gülən ideyalarının Azərbaycanda təbiliği haqqında gülünc ittihamla həbs olunub. Amma həbsdən sonra hakimiyyət Güləni yaddan çıxartdı və Əmirovu “Azadlıq” qəzetinin maliyyə mənbələri haqqında dindirməyə başladı. Qəzetin bütün digər əməkdaşları da dindirməyə çağırılır, onlardan hakimiyyətin maliyyələşməsini tamamilə əngəllədiyi halda qəzetin necə mövcud ola bildiyini öyrənməyə çalışırlar.

Ana səhifəXəbərlərFaiq Əmirlinin səhhətində problem yaranıb