Faiq Əmirlinin səhhəti pisləşib

“2 saatlıq görüş vaxtımızın 15 dəqiqəsi qaytarmaqla keçdi”

Source:


“2 saatlıq görüş vaxtımızın 15 dəqiqəsi qaytarmaqla keçdi”

“Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin səhhəti pisləşib. Bu barədə məlumatı onun həyat yoldaşı Lalə Əmirli yayıb. Öz “Facebook” səhifəsində bu barədə məlumat yayan L.Əmirlinin sözlərinə görə, həyat yoldaşı ilə mayın 11-də görüşüb:

“Əhvalı əla olmasa da, normal idi. 2 saatlıq görüş vaxtımızın 10-15 dəqiqəsi, üzr istəyirəm, qaytarmaqla keçdi”.

Lalə Əmirli Faiq Əmirlinin mədə ağrısından əziyyət çəkdiyini bildirib.

“Azadlıq” qəzetinin direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli barəsində 2016-cı ilin avqustun 20-də həbs-qətimkan tədbiri seçilib.

Faiq Əmirli yekun olaraq Cinayət Məcəlləsinin 213.1 (Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Ancaq F.Əmirli həbs olunanda Cinayət Məcəlləsinin 168.1( Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi əsasında seçilmişdi. Bir neçə dəfə həbs-qətimkan tədbiri bu maddəyə görə uzadılıb.

Faiq Əmirli nə əvvəlki, nə də sonrakı maddələr üzrə özünü təqsirli hesab etmir.

Onun cinayət işi ilə bağlı istintaq yekunlaşıb, iş baxılması üçün məhkəməyə göndərilib.

Ana səhifəXəbərlərFaiq Əmirlinin səhhəti pisləşib