“Facebook işi” məhkəməsi davam edib

Mikayıl Talıbov böhtan cinayətində suçlu bilinmiş, onun üzərinə aylıq qazancının 20 faizini dövlət nəfinə ödəmək vəzifəsi qoyulmuş, həmçinin, 9 ay müddətinə islah işlərinə məhkum edilmişdi

Source:


Mikayıl Talıbov böhtan cinayətində suçlu bilinmiş, onun üzərinə aylıq qazancının 20 faizini dövlət nəfinə ödəmək vəzifəsi qoyulmuş, həmçinin, 9 ay müddətinə islah işlərinə məhkum edilmişdi

Oktyabrın 3-də Şirvan Apellyasiya Məhkəməsində “Facebook işi” üzrə məhkəmə davası davam edib. Apellyasiya Məhkəməsi bu dəfə Facebook-dakı tənqidi ifadələrə cinayət cəzası kəsilməsini haqlı hesab edib.

Vəkil Xalid Ağaliyev Meydan TV-yə bildirib ki, apellyasiya instansiyası eyni predmet üzrə çıxardığı əvvəlki iki qərarında ifadə azadlığına dəstək vermiş, Facebook-da tənqidi düşüncələrini yayan Astara rayon sakini, keçmiş bank işçisi Mikayıl Talıbovun ifadələrinə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan məhkəmə hökmünü ləğv etmişdi. “Facebook işi” ilə bağlı – Astara rayon Məhkəməsi 2013-cü ilin iyul ayında AccessBank-ın keçmiş işçisi Mikayıl Talıbovu internetdəki ifadələrindən dolayı cinayət məsuliyyətinə cəlb edən hökm çıxarmışdı. M.Talıbov AccessBank-dakı işindən çıxarılmasını qanunsuz sayırdı. O, facebook-da “Accessbank – Haqsızbank” adlı səhifə yaradaraq bankın işini sərt ifadələrlə qamçılamışdı. Bank həmin səhifəni defamativ məzmunlu sayaraq məhkəmədən M.Talıbovun böhtana görə məsuliyyətə cəlb olunmasını tələb etmişdi.

Astara Rayon Məhkəməsi M. Talıbovu Cinayət Məcəlləsinin böhtana görə məsuliyyət müəyyən edən bədnam 147.1 maddəsi ilə təqsirli bilmişdi. M.Talıbov aylıq qazancının 20 faizinin dövlətə alınmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, habelə onun üzərinə facebook-da təkzib vermək vəzifəsi (!) qoyulmışdu.

Astara Məhkəməsi 2014-cü ilin iyun ayında şikayətə üçüncü dəfə baxaraq, şikayəti əsaslı hesab edərək cavabdehə cinayət cəzası verilməsinə hökm etmişdi. Hökmə görə, M.Talıbov böhtan cinayətində suçlu bilinmiş, onun üzərinə aylıq qazancının 20 faizini dövlət nəfinə ödəmək vəzifəsi qoyulmuş, təqsirkar həmçinin, 9 ay müddətinə islah işlərinə məhkum edilmişdi.

Ana səhifəXəbərlər“Facebook işi” məhkəməsi davam edib