Evlərini təhvil ala bilməyən sakinlər aksiya keçirdilər

“AAAF-İnşaat”-dan: “Yay aylarına qədər binalar təhvil veriləcək”

Source:

“AAAF-İnşaat”-dan: “Yay aylarına qədər binalar təhvil veriləcək”

Martın 27-də bir qrup şəxs “AAAF-İnşaat” şirkətinin Bakı-Sumqayıt yolunda tikdiyi 12 mərtəbəli binaların qarşısında etiraz aksiyası keçirib.

Aksiyaçıların Meydan TV-yə verdiyi məlumata görə, onlar həmin binalardan ev alıblar. Yeni tikilən göydələnlərdəki mənzillərə görə, hər ay pul ödəsələr də, binalar təhvil verilmir. “İki ildir ki, mənzilləri tikib təhvil vermirlər. Saxta, yalan məlumatlarla bizi yola verirlər. Külli miqdarda zərərə düşmüşük. Evlərin tez bir zamanda tikilib təhvil verilməsini, bizə dəyən ziyanın ödənilməsini tələb edirik” – deyə narazı şəxslər bildiriblər.

«AAAF-İnşaat” şirkətinin mətbuat katibi Kənan Məstəliyev Meydan TV-yə açıqlamasında deyib ki, sözügedən binalarda işin dayandırılması hava şəraiti ilə bağlıdır: “Son 3-4 ay ərzində hava şəraitinin uyğunsuzluğu səbəbindən tikintidə iş dayanıb. Yay aylarına qədər binalar təhvil veriləcək. Biz sabahdan etibarən iş başındayıq. Şikayətçilər öz nümayəndələrini  “AAAF-İnşaat”-ın əsas ofisinə göndərsinlər. Biz onları dinləməyə və problemlərini həll etməyə hazırıq”.

Ana səhifəXəbərlərEvlərini təhvil ala bilməyən sakinlər aksiya keçirdilər