Əvəz Zeynallı: ”Xural”ın qeydiyyat sənədləri yoxa çıxıb

”Korrupsiyaya qarşı mübarizədən başqa hər şeylə məşğul olan idarə mənim 300 dollar pulum və telefonumdan başqa qeydiyyat sənədlərimi də oğurlayıb”

Source:
Əvəz Zeynallı
Əvəz Zeynallı


”Korrupsiyaya qarşı mübarizədən başqa hər şeylə məşğul olan idarə mənim 300 dollar pulum və telefonumdan başqa qeydiyyat sənədlərimi də oğurlayıb”


“Korrupsiyaya Qarşı Mubarizə İdarəsi mən həbs olunanda bütün sənədləri aparıb. Sonra da guya qaytarıb. Mən isə lazımi sənədləri tapa bilmirəm. Məsələn, “Xural”ın qeydiyyat sənədləri qaytarılan sənədlərin içində yoxdur”.

Bu barədə jurnalist Əvəz Zeynallı öz Facebook səhifəsində yazıb.

Jurnalist bildirib ki, iyunun 16-da qeydiyyat sənədinin surətini almaq üçün 1 saylı Vergilər Departamentinə gedib: “Min cür bəhanələrdən sonra dedilər ki, sən fiziki şəxs olduğuna görə sənədin surətini 2 saylı Vergilər Departamentindən almalısan. Halbuki vəzifəli şəxs kimi ittiham edib 9 il verəndə, özümü öldürürdüm ki, a kişi, mən fiziki şəxsəm. İndi yenə fiziki şəxs oldum. Getdim departamentə. Bir sürü şey sadaladılar. Ərizə, müraciət, bir neçə gün gözləmək və s. və i. Korrupsiyaya qarşı mübarizədən başqa hər şeylə məşğul olan idarə, deməli, mənim 300 dollar pulum və telefonumdan başqa qeydiyyat sənədlərimi də oğurlayıb. Niyə? Siz oğrusunuz? Heç bilmirəm, daha nələri oğurlayıblar. Lazım olduqca bilinir…”.

Ana səhifəXəbərlərƏvəz Zeynallı: ”Xural”ın qeydiyyat sənədləri yoxa çıxıb