Ev tikməyin yolu asanlaşır

Qanuna edilən dəyişikliklərin korrupsiyaya yol açacağı da ehtimal olunur

Source:


Qanuna edilən dəyişikliklərin korrupsiyaya yol açacağı da ehtimal olunur

Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydaları dəyişdirilir. Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ parlamentin aprelin 28-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilən Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişikliyə əsasən, tikintiyə icazə verilməsinin mümkünlüyü tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrinə yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılacaq.

Məcəllənin 75.4 maddəsinə təklif edilən dəyişikliyə əsasən isə, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyatı qurumlara rəy bildirilməsi üçün göndərilən sorğuya cavab verilmə müddəti 1 aydan 15 günə qədər azaldılır.

Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

Həmçinin Məcəlləyə məlumatlandırma icraatı ilə bağlı əlavənin edilməsi təklif olunur. Təklif edilən əlavəyə görə, insanların yaşaması və toplaşması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Hazırki Məcəllədə məlumatlandırma icraatı ilə bağlı maddədə isə bu tələb belə qoyulur: “Mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırmalarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.

Mövcud Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərizədə qüvvədə olan müfəssəl planın tələbinə uyğun tərtib edilməlidir. Məcəlləyə təklif oluna əlavəyə əsasən isə, belə plan olmadıqda və ya onun müddəti bitdikdə barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zondlaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır”.


Xüsusi icazə lazım olmayacaq

Qanuna ediləcək dəyişiklikləri Meydan TV-yə şərh edən hüquqşunas Samir İsayev deyir ki, vətəndaşlar ev tikmək istəyirsə, yeni qanuna görə xüsusi icazə lazım olmayacaq.

“Qanuni yolla əldə edilmiş torpağınız varsa, məlumatlandırma icraatı qaydasında torpağa mülkiyyət hüququ təsdiq edən sənədləriniz qaydasındadırsa, binanın memar tərəfindən təsdiq olunmuş planını əldə etdikdən sonra bir ay ərzində cavab gözləyirsiniz. Yeni qanuna əsasən, bu müddət 15 günə qədər azaldılır”.

Hüquqşünasın sözlərinə görə, bundan sonra vətəndaşlar 3 ay ərzində rəy verilməsini gözləməli olacaqlar. Samir İsayev hüquqi baxımdan bu addımı düzgün qiymətləndirsə də, bu müddətin vətəndaşlar üçün hansı nəticələr doğuracağını belə izah edib: “Həmin aylar ərzində tikiləcək tikinti şəhərin müfəssəl planına nə dərəcədə uyğundur? Mütəxəssislər tərəfindən  tikintinin şəhərsalma

qaydaları baxımından həmin əraziyə uyğunluğu yoxlanılacaq. Lakin korrupsion şəraitdə yaşamağa öyrəşmiş insanlar 3 ay müddətinə dözə bilməyəcək”.  Samir İsayev nəticədə rüşvət vermə və rüşvət alma hallarının yaranacağını da gizlətmir. O deyir ki, bizdə bu icazələrin verilməsini insanlar süründürməçilik kimi anlayırlar. “Hüquqşunas Samir İsayev Meydan Tv-yə bildirib ki, vətəndaşlar yeni bir tikili tikmək istəyirsə yeni qanuna görə xüsusi icazə lazım olmayacaq.

“Qanuni yolla əldə edilmiş torpağınız varsa, məlumatlandırma icraatı qaydasında torpağa mülkiyyət hüququ təsdiq edən sənədləriniz qaydasındadırsa, binanın memar tərəfindən təsdiq olunmuş planını əldə etdikdən sonra bir ay ərzində cavab gözləyirsiniz.Yeni qanuna əsasən bu müddət 15 günə qədər azaldılır”.

O deyir ki, lakin vətəndaşlar 3 ay ərzində rəy verilməsini gözləməli olacaqlar.

Samir İsayev hüquqi baxımından bu addımı düzgün qiymətləndirsə də bu müddətin vətəndaşlar üçün hansı nəticələr doğuracağını belə izah edib.

“Həmin aylar ərzində tikiləcək tikinti şəhərin müfəssəl planına nə dərəcədə uyğundur. Mütəxəssislər tərəfindən  tikintinin şəhərsalma qaydaları baxımından həmin əraziyə uyğunluğu yoxlanılacaq. Lakin korrupsion şəraitdə yaşamağa öyrəşmiş insanlar 3 ay müddətinə dözə bilməyəcək.”  Samir İsayev nəticədə rüşvət vermə və rüşvət alma hallarının yaranacağını da gizlətmir. O deyir ki, təəssüf ki, bizdə bu icazələrin verilməsini insanlar süründürməçilik kimi anlayırlar: “Dəqiq olmayan ifadələrə əsaslanan qanunvericiliyin olması korrupsion maraqlar üçün şərait yaradır”.

Hüquqşünas deyir ki hazırkı məcəllədə yerüstü mərtəbələrin sayı 3-dək nəzərdə tutulurdusa, indi mərtəbələrin sayı 2-dək nəzərə tutula bilər. Lakin yeraltı mərtəbələrin sayı qanunda qeyd olunmur. Samir İsayev hesab edir ki, qanuna əlavə olunacaq dəyişikliklər adi vətəndaşlara mənfi təsir etməyəcək. Onun fikrincə, bir qisim insanlar bundan istifadə edərək məlumatlandırma icraatı çərçivəsində villalar tikirdilər. Yeni qanun iri tikinti sahiblərinin hüququnu məhdudlaşdırılacaq.


“Tikinti şərtləri sərtləşdirilir”

İqtisadçı ekspert Qadir İbrahimli isə qanuna edilən təklifləri tikinti şərtlərinin sərtləşdirilməsi kimi qiymətləndirir.

“Əvvəlki məcəllədə fiziki şəxslərin ümumi hündürlüyü 12 metrdən çox olmayan qeyri-yaşayış yeri tikməsinə icazə verilirdisə, indiki məcəllə ilə bu şərtlər xeyli məhdudlaşdırılır. Mərtəbələrin sayı və hündürlüyü ilə bağlı nəzərdə tutulmuş limit azaldılıb. Real vəziyyət ondan ibarətdir ki, tikinti məcəlləsi nə qədər liberallaşdırılsa da, vətəndaşlara torpaqlarında qeyri-yaşayış sahəsi tikməsinə  icra hakimiyyəti, polis müdaxilə edirdi. İndi isə həmin qaydalar bir az da sərtləşdirilir”.

Ekspert təklif edilən dəyişiklikləri geriyə doğru addım kimi dəyərləndirib.

Ana səhifəXəbərlərEv tikməyin yolu asanlaşır