Ət, süd idxalının dəyəri ciddi şəkildə artıb

Vahid Məhərrəmov: “Hökumət büdcədən ayrılan dövlət vəsaitlərinin səmərəli xərclənməsi istiqamətində nəzarət sistemi yarada bilməyib”

Source:


Vahid Məhərrəmov: “Hökumət büdcədən ayrılan dövlət vəsaitlərinin səmərəli xərclənməsi istiqamətində nəzarət sistemi yarada bilməyib”

2014-cü ilin 11 ayına dair xarici ticarətin gömrük statistikası açıqlanıb. Statistik məlumatlardan görünür ki, əvvəki illərdə olduğu kimi ölkənin əsas qida məhsullarına olan təlabatı idxaldan asılı olaraq qalır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bununla bağlı facebook səhifəsində açıqlama verib. Ekspertin fikrincə, əsas mal və məhsullar üzrə ət, süd idxalının dəyəri əvvəlki illərə nisbətən çox ciddi şəkildə artıb: “Belə ki, əsasən kəsim üçün idxal olunan heyvanların dəyəri keçən ilin müvafiq dövrünə nisbətən 36,19 faiz artmışdı. Keçən ilin 11 ayında diri heyvanların idxalı 33,2 milyon dollar təşkil etdiyi halda 2014-cü ilin müvafiq dövründə bu gösdərici 45, 2 milyon dollar təşkil edib. Bununla yanaşı analoji dövrlə müqayisədə ət və qida üçün yararlı ət əlavələrinin 22.41 faiz artması, ölkədə ət istehsalı sahəsində ciddi problemlərin olduğunu deməyə əsas verir. Keçən ilin müvafiq dövrünə nisbətən diğər heyvandarlıq məhsulları, süd məhsulları, quş yumurtası, təbii bal, heyvan mənşəli ərzaq məhsulları ümumilikdə 8.49 faiz , o cümlədən kərə yağı 16,94 faiz artmışdı. Diğər mal qrupuna aid olan, başqa yerdə adı çəkilməyən və ya təsnif olunmayan heyvan mənşəli məhsulların idxalı 29,40 faiz artıb. Heyvandarlıq məhsullarının idxalının artımı hər il damazlığın, heyvandarlığın inkişafı adı altında dövlət büdcəsindən aqrar sahəyə milyonlarla maliyyə vəsaitlərinin ayrılması fonunda baş verir. Bu formada təsərrüfatsızlıq bir daha ondan xəbər verir ki, hökumət büdcədən ayrılan dövlət vəsaitlərinin səmərəli xərclənməsi istiqamətində nəzarət sistemi yarada bilməyib və yaxud yaratmaq istəməyib”.

Ana səhifəXəbərlərƏt, süd idxalının dəyəri ciddi şəkildə artıb