Bələdiyyə sədri: ”Dəqiq necə öldüyünü bilmirik”
Tərtərin “N” saylı hərbi hissəsinin əsgəri, Sabirabad rayonu, Xəlfəli kənd sakini Elsevər İbayevin həlak olduğu bildirilir.
Məlumatı Meydan TV-yə kənd sakinləri verib. Onlar Elsevər İbayevin bu gün, aprelin 24-də dəfn edildiyini söyləyiblər.
Meydan TV xəbərin doğruluğunu yoxlamaq üçün Sabirabad rayonu, Xəlfəli kəndinin bələdiyyəsinin sədri Əliş Əliyevlə əlaqə saxlayıb. Əliş Əliyev məlumatı təsdiqləyib. Elsevər İbayevin həlak olduğunu və bu gün dəfn edildiyini deyib:
“Hərbçilər gətirib. Şəhid olduğunu deyiblər. Biz də şəhid kimi dəfn etmişik. Necə öldüyünü bilmirik. Bizə məlumat verməyiblər. Dəqiq necə olduğunu bilmək istəyirsinizsə Müdafiə Nazirliyi ilə əlaqə saxlayın”.
Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.