Əsgər əsgəri 17 güllə ilə öldürüb

Fevralın 20-də Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissələrindən birində xidmət edən əsgər Sənan Mehdizadə vəfat edib.

Source:
Sənan Mehdizadə
Sənan Mehdizadə
Sənan Mehdizadə
Sənan Mehdizadə

Fevralın 20-də Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissələrindən birində xidmət edən əsgər Sənan Mehdizadə vəfat edib.

22 yanvar 1997-ci il təvəllüdlü S.Mehdizadənin əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir. Bu barədə məlumatı əsgərin qardaşı Kənan Mehdizadə də öz facebook səhifəsində paylaşıb. Məlumata görə, S.Mehdizadə əsgər yoldaşı tərəfindən açılan 17 güllə ilə dünyasını dəyişib.

S.Mehdizadə 2015-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb.

Bu barədə DSX-nın növbətçi hissəsi ilə əlaqə saxladıq. Əsgərin ölümü ilə bağlı sualı eşitdikdə dəstəyi yerə qoydular.

Ana səhifəXəbərlərƏsgər əsgəri 17 güllə ilə öldürüb