Əsgər atasından oğlunun ölümü ilə bağlı şok sübutlar…(VİDEO)



Əsgər atası oğlunun müəmmalı qətlinin sübutlarını tapır, Hərbi Prokurorluq isə işi bağlamaq üçün şahidlərlə “iş birliyinə” girir ?

 “ Burada yazılıb ki, Adil (əsgərin adı şərtidir) mənə deyir ki, Orxanı telefon üstündə öldürüblər. Burada da açıq aşkar yazılıb ki, o bunu çöldə görüb. Yəni başqa bir əsgərdən (şahiddən) söhbət gedir”.

2013-cü ilin dekabrında Naftalanın N saylı hərbi hissəsində həlak olan əsgər

Orxan Alıyevin

atası oğlunun ölümünə aid  növbəti sübutlar əldə edib. Atasının sözlərinə görə, bunlar  həmin dövrdə

Orxan Alıyevlə

bir hərbi hissədə quluq edən əsgərin tanıdığı qıza verdiyi məlumatların mesajla başqa bir xanıma göndərilməsi, eyni zamanda sübutların

Respublika Hərbi Prokurorluğunda ağır cinayətlərə dair şöbəsinin müstəntiqi Nihat Şixəliyev

tərəfindən ört-basdır edilməsi ilə bağlıdır:

 “ Bunu həmin xanımın rəfiqəsi təsadüfən ailəyə yaxın olan birinə danışıb. Sonra da mesajdaşıblar. 20 vərəqlik bir mesajlaşma var. Burda o hadisəni kimlərin gördüyü açıq bildirilir ”, deyən Şirazi Alıyev əlavə edir ki,  yazışmada hadisənin şahidi olan əsgərlərdən biri mesajlaşan qızlardan birinə bildirib ki, prokurorluq onu incitdiyinə görə olanlar barəsində  yalan danışmağa məcbur olub:

“ Deyir ki, hadisənin ikinci günü mən boynuma aldım ki, Orxanı öldürdülər. 20 gün ona işgəncə veriblər. Əsgərlikdən qayıtdıqdan sonra fikri var idi ki, onları məhkəməyə versin. Mən özüm isə məsələnin araşdırılması ilə bağlı

Respublika Hərbi Prokurorluğunda ağır cinayətlərə dair şöbəsinin müstəntiqi Nİhat Şixəliyevə

zəng edirəm ki, bu iş niyə araşdırılmır. Axı generalımızın  tapşırığı var ki, Şirazi Alıyev də bu araşdırlmada iştirak etsin. Təəssüflər olsun ki, bu uşaqları gizli bir neçə dəfə dindiriblər. Sonra isə Prokurorluğun təsiri altına düşərək telefon nömrələri də dəyişilir”


Şirazi Əliyev

deyir ki, əldə etdikləri audio yazıda işi araşdıran

Respublika Hərbi Prokurorluğunun ağır cinayətlərə dair şöbəsinin müstəntiqi Nihat Şixəliyevin

adı hallanır

Sonrakı danışıqda isə  həmin xanım öz rəfiqəsinə sms-lərlə bağlı onu problemə saldığını deyir və qeyd edir ki, bundan çıxamq üçün bu söhbətin başqa cür olduğunu bildirməlidir.

Məsələ ilə bağlı müstəntiq

Nihat Şixəliyevlə

əlaqə saxladıq. Şirazi Əliyevin əldə etdiyi sübutlara münasibət bildirməyini istəsək də o bundan imtina edərək, telefonun dəstəyini asdı:

Hərbi ekspertlərin sözlərinə görə, bu ilin 7 ayı ərzində 70-dən artıq əsgər hərbidə müəmmalı şəkildə dünyasını dəyişib. Onların bir çoxuna adiyatı qurumlar tərəfindən ürək çatışmazlığı diaqnozu qoyulub. Elə 19 yaşlı Orxan Alıyevin ailəsinə də övladlarının ürək çatışmazlığından dünyasını dəyişməsi barədə məlumat verilmişdi.



Qeyd: Ses yazilarında, sms-lərdə əsgərlərin və danışanların adları gizlədilib. Lakin adları və audio yazının bütün hissəsini istənilən halda valideynlərdən almaq mümkündür.

Ana səhifəVideoƏsgər atasından oğlunun ölümü ilə bağlı şok sübutlar…(VİDEO)