Əsabəli Mustafayev məhkəməyə çağrılıb

”Absurd ondadır ki, təşkilatın bank hesabında əlavə vergini ödəməyə çatacaq məbləq vardır, amma 2 saylı Vergilər İdarəsi onu götürə bilmir”

Source:
Əsabəli Mustafayev
Əsabəli Mustafayev


”Absurd ondadır ki, təşkilatın bank hesabında əlavə vergini ödəməyə çatacaq məbləq vardır, amma 2 saylı Vergilər İdarəsi onu götürə bilmir”

Vəkil Əsabəli Mustafayev iyunun 30-da Avropa İnsan Haqları Məhkəməsinin qərarları barədə Facebook-da məlumat yayandan bir gün sonra məhkəməyə çağrılıb.

Bu barədə vəkil Facebook-da fikirlərini paylaşıb.

Əsabəli Mustafayev onu teleqramla məhkəməyə dəvət ediblər: “Məlum oldu ki, 2 saylı Vergilər İdarəsi məhkəməyə təqdimat verib ki, mənim xaricə çıxışıma qadağa qoyulsun. Cavab verdim ki, olmayan hüquqa necə qadağa qoymaq olar. Artıq iki ildir Baş Prokurorluğun qadağası sahəsində ölkədən kənara çıxa bilmirəm. 2 saylı Vergilər idarəsi məndən 8000 manata yaxın əlavə vergi tələb edir. Guya ki, rəhbərlik etdiyim QHT 2-3 qrantı qeydiyyatdan keçirməyib. Halbuki bu qrantların qeydiyyatdan keçməsi barədə məlumat Ədliyyə Nazirliyinin saytında yerləşdirilib (İntiqam Əliyev, Rəsul Cəfərov və digərlərin işində olduğu kimi). Mən əlavə verginin tətbiqi barədə Vergilər İdarəsinin bu qərarını dərhal məhkəmədə mübahisələndirmişəm. Lakin məhkəmə bu iş üzrə icraatı idarənin xahişi ilə bir ilə yaxındır ki, dayandırıb. Bəhanə də budur ki, prokurorluqda araşdırma davam edir. Beləliklə bir tərəfdən əlavə verginin qanuniliyinə məhkəmədə baxılmasına imkan vermir, digər tərəfdən hər ay faiz hesablayır və mənim olmayan hüququmu məhdudlaşdırmaq istəyir. Baş Prokurorluğa qarşı araşdırmanın qanunsuz aparılması, ölkədən çıxışıma qadağanın, təşkilatın və mənim şəxsi bank hesablarıma qoyulmuş həbslərin qanunsuzluğu barədə qaldırdığım iddiaya da baxılmır. Çünki prokurorluğun nümayəndəsu prosesə gəlmir”.

“Absurd ondadır ki, təşkilatın bank hesabında əlavə vergini ödəməyə çatacaq məbləq vardır, amma 2 saylı Vergilər İdarəsi onu götürə bilmir. Səbəb pokurorluğun hesaba həbs qoymasıdır. Pulun ödənilməsinə prokurorluq imkan vermir, cəzalanan isə mən oluram. Ən əsası isə Rəsul Cəfərov Azərbaycana qarşı iş üzrə qərarda Avropa Məhkəməsi belə əlavə vergi hesablanmasını qanunsuz sayıb. Lakin nə prokurorluq, nə məhkəmə, nə də 2 saylı Vergilər İdarəsi belə məsələləri nəzərə almır”,-deyə Mustafayev söyləyib.

Vəkil sonda bildirib ki, məhkəmə iclası iyulun 8-nə təxirə salınıb: “Yəqin ki, 2 saylı Vergi İdarəsinin təqdimatı təmin olunacaq və mən ölkədən 2 qat çıxa bilməyəcəyəm. Sonra yəqin işıq, su, kanalizasiya və digər bu kimi idarələr də məhkəmələrdə öz tələblərini qaldıracaqlar. Ancaq heç bir faydası yoxdur”.

Ana səhifəXəbərlərƏsabəli Mustafayev məhkəməyə çağrılıb