Ərşad Hüseynov: ”Avtovağzalın Prezident Administrasiyasına verilməsi xəbəri yalandır”

”Dünyada belə bir analoq yoxdur”

Source:


”Dünyada belə bir analoq yoxdur”

Son iki gündür sosial şəbəkələrdə “Bakı Beynəlxalq Avtovağzal Prezident Administrasiyasına verildi” informasiyası müzakirə predmetinə çevrilib.

Məlumatı “virtualaz.org” saytı keçmiş Nəqliyyat Nazirliyi yanında Avtomobil Nəqliyyatı Xidmətindəki mənbəyə istinadən verib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən isə “istipress.az” saytına deyiblər ki, Bakı Beynəlxaq Avtovağzal Kompleksi heç bir zaman Nəqliyyat Nazirliyinin tabeliyində olmayıb.

Nəqliyyat sahəsi üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov bu barədə yazılanları yalan adlandırıb və dünyada belə bir analoqun olmadığını deyib:

“Heç hüquqi baxımdan da bunun analoquna rast gəlməmişəm. Ona görə məlumat inandırıcı deyil. Prezidentin İşlər İdarəsi hara, Bakı Beynəlxalq Avtovağzalı hara, tamamilə fərqli qurumlardır”.

Ərşad Hüseynov

Ə.Hüseynov Meydan TV-yə deyib ki, hazırda Nəqliyyat Nazirliyinin komplekslərinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi prosesi gedir. Ona görə də Nazirlər Kabineti, Prezident Administrasiyası da bu prosesdə iştirak edir. Bu baxımdan yalan informasiyalar yayılır və bunun rəsmi təsdiqi də yoxdur”.

Bu il fevralın 13-də Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və nazirlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) adlandırılıb.

Ramin Quluzadə elə həmin tarixdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Ana səhifəXəbərlərƏrşad Hüseynov: ”Avtovağzalın Prezident Administrasiyasına verilməsi xəbəri yalandır”