Ermənistanın yeni prezidenti seçilib

105 deputatdan 90-ı Armen Sarkisyanın lehinə səs verib

Source:
Armen Sarkisyan
Armen Sarkisyan


105 deputatdan 90-ı Armen Sarkisyanın lehinə səs verib

Ermənistan parlamenti martın 2-də gizli səsvermə yolu ilə ölkənin yeni prezidentini

seçib

.

Bu posta yeganə namizəd olan, Ermənistanın keçmiş baş naziri, Böyük Britaniyada səfiri Armen Sarkisyan 105 deputatdan 90 səs toplayaraq ölkənin növbəti 7 ili üçün prezident seçilib.

Onun namizədliyinin əleyhinə 10 nəfər səs verib, bir bülleten yararsız hesab edilib. Daha dörd deputat iclasda iştirak etməyib.

Yeni prezidentin seçilməsi üçün 79 deputatın səsi kifayət edirdi.

A.Sarkisyanın prezidentliyə namizədliyi hakim Respublika partiyası və Daşnaksütün Ermənistan inqilabi federasiyası tərəfindən irəli sürülüb.

Müxalifət fraksiyası olan “Yelk” (9 deputat) bildirmişdi ki, A,Sarkisyanın əleyhinə səs verəcək.

Hazırki prezident Serj Sarqsyanın səlahiyyətləri aprelin 9-da bitir. Həmin gün Ermənistan hökuməti istefaya gedəcək və yenisi seçiləcək.

Bundan sonra Ermənistan tam olaraq parlament üsul-idarəsi olan ölkəyə çevriləcək.

Armen Vardanoviç Sarkisyan 1953-cü il iyunun 23-də Yerevanda anadan olub.

1970-1976-cı illərdə Yerevan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil alıb. 1984-1985-ci illərdə Kembric Universitetində də çalışıb.

Armen Sarkisyan 1992-1993, 1998-2000, 2013-2018-ci illərdə Böyük Britaniyada səfir kimi çalışıb.

Ana səhifəXəbərlərErmənistanın yeni prezidenti seçilib