Ermənistanın Tert.am saytından əvvəl etiraf sonra təkzib

“Düşmənin qanlı hücumu nəticəsində “Arsaxın milli ordusu” (qondarma “Dağlıq Qarabağ” ordusu) 20 əsgər itkisinə, 26 yaralıya məruz qalıb”

Source:

Ermənistanın Tert.am saytı ilk öncə Azərbaycan ordusunun hücumu nəticəsində Qondarma Dağlıq Qarabağ Respublikası ordusunun 20 əsgər itkisinə, 26 yaralıya məruz qaldığını yazmışdı. Daha sonra saytda bu barədə təkzib xəbəri yayıldı. Xəbərdə qeyd olunurdu ki, sayt güclü hacker hücumuna məruz qaldığı üçün, son hadisələrlə bağlı gedən xəbərdə aşağıdakı cümlələr əlavə olunub və bu dezinformasiyadır:

“Düşmənin qanlı hücumu nəticəsində “Arsaxın milli ordusu” (qondarma “Dağlıq Qarabağ” ordusu) 20 əsgər itkisinə, 26 yaralıya məruz qalıb”

Ana səhifəXəbərlərErmənistanın Tert.am saytından əvvəl etiraf sonra təkzib