Ermənistanın kəşfiyyat-təxribat qruplarının bir neçə üzvü öldürülüb

Xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri öldürülüb, xeyli sayda yaralanan olub

Source:


Xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri öldürülüb. Düşmən tərəfdən xeyli sayda yaralı var

Ermənistanın xüsusi təyinatlı dəstəsinin komandiri də daxil olmaqla çoxsaylı itkilər verən kəşfiyyat-təxribat qrupu geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, qarşı tərəf qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

Şəxsi heyətin sayıqlığı, Eremənistan hərbçilərinin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri öldürülüb. Qarşı tərəfdən xeyli sayda yaralı var.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

Ana səhifəXəbərlərErmənistanın kəşfiyyat-təxribat qruplarının bir neçə üzvü öldürülüb