Deputatlar rejimin müstəqilliyinin tanınmasını təklif ediblər
Ermənistanlı deputatlar Grant Baqratyan və Zaruhi Postanjyan parlamentə “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınmasını əks etdirən qanun layihəsi təqdim ediblər.
Tert.am yazır ki, iki maddədən ibarət qanun layihəsi “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınmasını və qanunun dərc olunduğu gündən qüvvəyə minməsini əks etdirir.
Zaruhi Postanjyan müxalif İrs fraksiyasından, Qrant Bagratyan isə Erməni Milli Konqresindən olan deputatlardır.
Aprelin 3-də cəbhə xəttində gedən döyüşlər zamanı Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında “Dağlıq Qarabağ”la qarşılıqlı müdafiə müqaviləsinin imzalanması təklifini səsləndirmişdi.
S.Sərkisyanın açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi
Zərdüşt Əlizadə bildirmişdi ki
, Ermənistanın “Dağlıq Qarabağ” rejimi ilə qarşılıqlı müdafiə müqaviləsi imzalamasından əvvəl İrəvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması vacibdir: “Tanınmamış subyektlə nə cür müqavilə imzalaya bilər? Əgər Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyarsa, Minsk Qrupuna son qoyulur, o zaman, bir yol qalır – müharibə”.