”Ermənilər Rusiyanın planı üzərində dayanmağa məcburdurlar”

”Sergey Lavrov deyib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlar azad edilsin və paralel olaraq status problemi həllini tapsın”

Source:
Sergey Lavrov
Sergey Lavrov


”Sergey Lavrov deyib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlar azad edilsin və paralel olaraq status problemi həllini tapsın”

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Sözsüz ki, vəziyyət dayanıqlı olmaqdan uzaqdır. Ona görə də əldə edilənlərlə kifayətlənmək sadəcə, mümkünsüzdür və kimsə belə etməyə hazırlaşmır”, – deyə o, söyləyib.

Dmitri Peskov
Dmitri Peskov

D. Peskovun fikrincə, ümumən durum geriyə doğru dəyişib: “Hərbi əməliyyatların başlanmasına qədər münaqişənin tənzimlənməsi istiqamətində müsbət addımlar atılmışdı. Hazırda isə təəssüf ki, geriyə doğru inkişaf baş verib və yenidən səyləri bərpa etməyə başlamaq lazımdır. Sözsüz, bu dəfə də atəşin dayandırılması məqsədilə müxtəlif səviyyələrdə kifayət qədər operativ və böyük işlər görülüb. Rusiyanın bu fəaliyyəti proses iştirakçıları tərəfindən də vurğulanıb. Əlbəttə, Moskva bu xətti davam etdirəcək”.

Rusiyanın həmsədr ölkələrdən biri olduğunu xatırladan D. Peskov Moskvanın münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün ilk günlərdən böyük səy göstərdiyini da bildirib.

D.Peskovun açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi İlqar Vəlizadə hesab edir ki, mətbuat katibi müsbət addımlar deyəndə, ölkəsinin müsbət hesab etdiyi məqamlardan danışır: “Moskva üçün atəşkəs hazırda sərfəlidir, çünki bununla hər iki tərəfə müəyyən təsir göstərə bilərlər”.

İlqar Vəlizadə Rusiyanın ötən il irəli sürdüyü təkliflərini xatırlatdı: “Düzdür, həmin təkliflər barədə təfərrüatıyla heç kim danışmayıb. Ancaq ötən ilin dekarında nazir Elmar Məmmədyarov demişdi ki, Rusiya müəyyən təkliflər irəli sürüb, orda maraqlı məqamlar var. Ermənistan isə bu məsələdə susmuşdu. Ermənistan ümumiyyətlə bütün təklifləri rədd edirlər, səbəb də işğal olunmuş ərazilərin azad olunmasından keçirdi”.

Ilqar Vəlizadə
Ilqar Vəlizadə

Siyasi şərhçi düşünür ki, Rusiya Ertmənistana da müəyyən təzyiqlər göstərir: “Yəni təkliflər paketini rədd edirsiniz, indi isə buyurun. Məncə, ermənilər Rusiyanın planı üzərində dayanmağa məcburdurlar. Düzdür, Rusiyanın planı münaqişəni köklü surətdə həll etmək imkanı vermir. Artıq Sergey Lavrov

TASS-in direktoru Mixail Qusmana

bu gün verdiyi müsahibəsində deyib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlar azad olunsun və paralel olaraq status problemi həllini tapsın. Söhbət 7 rayondan gedir, deməli, 7 rayonin qaytarılması və status məsələsi danışıqlar masası üzərindədir. Açıq deyirəm, Rusiyanın bu məsələdə bir marağı var: sülhməramlı qüvvələrin regiona yerləşdirilməsi. Sülhməramlı qüvvələrin əsasən hansı dövlətin hərbi kontingentindən olacağına gəlincə, bu, gələcək danışıqlardan asılıdır”.

Ancaq İlqar Vəlizadədən fərqli olaraq həmkarı Elxan Şahinoğlu Rusiya XİN-in rəhbəri Sergey Lavrovun müsahibəsində Qarabağla bağlı dediklərinin Azərbaycanın maraqlarına cavab vermədiyi qənaətindədir: “Məsələn, deyir ki, cəbhə xəttindən snayperlərin geri çəkilməsini sürətləndirmək lazımdır. Bu yeni təklif deyil. Bunu Minsk Qrupu həmsədrləri də zaman-zaman dilə gətirirlər. Bu Azərbaycanın maraqlarına cavab vermir. Çünki torpaqlar işğaldan azad olunmayana qədər işğalçıya qarşı təzyiq davam etdirilməlidir. Məsələ burasındadır ki, snayperlərin və ağır texnikanın geri çəkilməsi Ermənistanı rahatladacaq və atəşkəsin bu şəkildə qorunmasını status-kvonun uzanmasına gətirib çıxaracaq. 7 rayon məsələsinə gəlincə, bu mənim ehtiyat etdiyim təklifdir. Çünki 7 rayonun qaytarılmasıyla paralel olaraq statusunu müəyyənləşməsi separatçıların maraqlarına cavab verir. Axı biz bilmirik söhbət hansı statusdan və bunun hansı yolla müəyyənləşməsindən keçir.Müsahibədə Qarabağdan kənar deyilən fikirlər isə regional əməkdaşlıq baxımından Azərbaycanın maraqlarına cavab verir. İran, Rusiya və Azərbaycan iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi, o cümlədən nəqliyyat yollarının inşaatının tamamlanması Azərbaycanın tranzit ölkə statusunu artıracaq. O ki qaldı, Xəzərin statusuna, indiki vəziyyətdə bu məsələnin həlli problematikdir. Nə vaxta qədər ki, Türkmənistan qazının Avropaya daşınması və dənizin dibi ilə boru xəttinin tikintisi müzakirə predmeti olacaq, Rusiya və İran Xəzərin statusunun müəyyənləşməsində maraqlı olmayacaqlar”.

Ana səhifəXəbərlər”Ermənilər Rusiyanın planı üzərində dayanmağa məcburdurlar”