“Cəmiyyət lider görmür, parçalanıb, zəifləyib”
“Erməni cəmiyyəti parçalanıb, zəifləyib, onun liderləri çatışmır. Cəmiyyəti siyasi, sosial, iqtisadi, əhalini istiqamətləndirə, onu apara biləcək lider çatışmır”.
Bunu fevralın 7-də Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi direktoru, akademik Gevorq Poqosyan keçirdiyi brifiqndə deyib.
Akademik yaranmış mənzərənin səbəblərini belə izah edib:
“SSRİ-nin dağılmasından sonra, 1995-ci ilə qədər Ermənistanı 1,1 milyona yaxın adam tərk edib. Onların əksəriyyəti iqtisadi fəal orta yaşlı vətəndaşlardır. Bu, cəmiyyətin orta təbəqəsini təşkil edəcək kateqoriya idi. Hazırda ölkədə 600 minə yaxın pensiyaçı, 400 minə yaxın evdar qadın, 500 minə yaxın azyaşlı yaşayır. Bunlar cəmiyyətin dövlətdən asılı olan hissəsi olduğundan onlardan hər hansı aktivlik gözləmək real deyil”.
Onun sözlərinə görə, koronavirus infeksiyası zamanı cəmiyyəti parçalayan məhdudiyyətlər, həmçinin Qarabağda 44 günlük müharibədə məğlubiyyət ölkədəki vəziyyəti daha da gərginləşdirib.
“Cəmiyyət lider görmür, parçalanıb, zəifləyib. Dəyərlər sistemində dövlət, millət anlayışları üçüncü, dördüncü yerdədir. İnsanlar üçün ilk növbədə özü, ailəsi, dostlarıdır. İnsanlar şəxsi məsələlərdə kifayət qədər aktivdirlər, ancaq ictimai, milli məsələlərdə passivdirlər”, – deyə Poqosyan bildirib.
G.Poqosyan hesab edir ki, ölkədə alternativ institutlar (hakimiyyət də daxil olmaqla) zəifləyib:
“Sadaladığım problemləri həll etmək üçün vaxt lazımdır. Digər variant isə xaricdə baş vermiş ermənilərin ölkəyə qayıtmasıdır. Digər problem odur ki, cəmiyyətin müasir qəhrəmanları yoxdur, ictimaiyyət hələ də tarixi yaddaşın təsiri altındadır”.