Erkin Qədirlidən üzr istənildi

”Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”

Source:
Erkin Qədirli
Erkin Qədirli


”Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”

ReAL Hərəkatının Məclis üzvü, hüquqşünas Erkin Qədirli Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb və ondan üzr istənilib.

Bu barədə məlumatı hüquqşünasın özü Facebook səhifəsində yayıb: “Məni çağırmışdılar Bakı Şəhər Baş Polis İdarəsinə. İndicə oradan qayıtdım. Mənimlə nəzakətlə davrandılar, üzr istədilər. Dedilər ki, ölkədən getməyimlə bağlı qadağa olub, amma yanlışlıqdan zamanında götürülməyib. ReAl-ın flayerlərilə bağlı mənə, Altay Göyüşov, Natiq Cəfərli, Azər Qasımlı və Xalid Bağırova belə qadağa qoyulmuşdu. Mənimlə görüşən Cinayət Axtarışı Şöbəsinin Rəisi dedi ki, rəhbərliyin tapşırığıyla anlaşılmazlığa görə üzr istənilir və hamımızın üzərindən ölkədən getməklə bağlı qadağa götürülür. Batmış biletə görə dəymiş maddi ziyanın əvəzi kimi, mənə yeni biletin veriləcəyi söylənildi”.

Ana səhifəXəbərlərErkin Qədirlidən üzr istənildi