ReAL üzvü səbəb göstərməyib
16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış 2 nəfər bu gün namizədliyini geri götürüb. Dairə Seçki Komissiyasından lent.az-a bildirilib ki, REAL Hərəkatının üzvü, hüquqşünas Erkin Qədirli və Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin dosenti Vüsalə Dadaşova DSK-ya ərizə ilə müraciət edərək, namizədliklərinin ləğv edilməsini və adlarının seçki bülletenindən çıxarılmasını xahiş ediblər.
Hər iki şəxs namizədliyini geri götürməsinin səbəbini göstərməyib.