Əri tərəfindən döyüldüyü deyilən qadın xəstəxanada ölüb

Ölkədə məişət zorakılığı qurbanlarının sayı açıqlanmayıb

Source:


Ölkədə məişət zorakılığı qurbanlarının sayı açıqlanmayıb

Lənkəranda 51 yaşlı qadın xəstəxanada ölüb.

Lənkəranın Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Mahirə Vəli qızı Qafarova xəstəxanada ölüb. 51 yaşlı qadının ölməsinə səbəb kimi məişət zorakılığı göstərilir.

APA-nən məlumatına görə, ötən gün gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılılan qadına ilkin tibbi yardım göstərilsə də, o, reanimasiya şöbəsində

keçinib

.

Qadının yaxınları onu xəstəxanaya gətirərkən əvvəlcə yıxıldığını desələr də, sonradan əri tərəfindən döyüldüyünü, halının pisləşdiyi deyiblər.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə verilib.

M.Qafarova Lerik rayonunda ərdə olub. Hadisənin 5 gün əvvəl orada baş verdiyi bildirilir.

Ötən il mətbuat mütəmadi olaraq qadın zorakılığı ilə bağlı xəbərlər dərc etsə də, hələ bu məsələ ilə bağlı statistika açıqlanmayıb.

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılın sözlərinə görə, 2010-2016 -cı illərdə 765 qadın qətlə yetirilib. Bu, yalnız əldə edilə bilən

rəqəmlərdir

:

“Rəsmi statistikaya görə, 2010-cu ildə 89, 2011-ci ildə 59, 2012-ci ildə 114, 2013-cü ildə 93, 2014-cü ildə 94, 2015-ci ildə 66, 2016-cı ildə isə 121 qadın intihar edib. Bütün bunları nəzərə alaraq, deyirəm ki, vəziyyət ağırdır. Həyəcan təbili çalmaq lazımdır”.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin böyük məsləhətçisi Tural Hüseynzadə isə deyir ki, zorakılığa məruz qalan şəxslər çox vaxt dövlət qurumlarına müraciət etmirlər. Belə ailələr aşkarlananda münaqişəli ailə kimi qeydiyyata alınır və hər ay həmin ailənin vəziyyəti yoxlanılır, hesabatı yazılır. Təkcə 2016-cı il ərzində ölkə üzrə 4114 münaqişəli ailə qeydiyyata

götürülüb

.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, məişət zorakılığı və buna bənzər sosial problemlərdən əziyyət çəkən xanımların stereotiplərdən asılı olması da müraciətlərinin qarşısını alır.

Beynəlxalq Qeyri-Zorakılıq gününə həsr olunan tədbirdə həkim metodist Raisə Əhmədova deyib ki, ailədə mübahisələr baş verdiyi zaman qadınlar daha çox şillələnir: “Nəticələr göstərir ki, şillələnməyə 41,8%, itələnməyə, silkələnməyə 27,5% hallarda məruz qalırlar. Əşya ilə vurulma 24,4% təşkil edir. Qadınlar istəmədiyi vaxt güclə cinsi əlaqəyə məcbur etmə faktlarına daha çox 30-34 yaş kateqoriyalarında 12,2% və 55-59 yaş kateqoriyalarında 14,7% məruz qalırlar ki, bu da digər yaş kateqoriyaları ilə müqayisədə yüksəkdir. Qadınların cəmi 32,2%-i kömək məqsədilə kimə isə müraciət

edib”

.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu 22 iyun 2010-cu ildə qəbul olunub. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir. Qanunun maddə 1, 1.0.4. bəndində məişət zəminində psixi zorakılıq – bu qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri zorakılıq kimi əsaslandırılıb.

Lakin qanun olsa da, onun işlənmə mexanizmi, milli fəaliyyət planı bugünədək hazırlanmayıb.

Ana səhifəXəbərlərƏri tərəfindən döyüldüyü deyilən qadın xəstəxanada ölüb