Ərə verilən azyaşlı ailəsinə geri qaytarılıb

Hesabatda deyilir ki, koronavirus pandemiyası dövründə bədən muxtariyyətinin pozulması daha da dərinləşib, rekord sayda qız-qadın gender əsaslı zorakılıq, erkən nikah kimi zərərli hallara məruz qalıb.

Source: Specify Source


Komitə erkən nikahların sayında azalma olduğunu deyir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsinin qarşısını aldıqlarını

açıqlayıblar

.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, yeniyetmə ailəsinə təhvil verilib və ailə nəzarətə götürülüb.

“Bizim nümayəndələr faktın yerində araşdırılması məqsədilə aidiyyatı qurumun əməkdaşları və psixoloqlar ilə birlikdə həmin ailədə olublar. Yeniyetmə Şəkidə oxuduğu məktəbdə təhsilini davam etdirəcək”.

Bir neçə gün öncə sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılmışdı.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov

bildirmişdi

ki, yayılan görüntülər əsasında Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb və məlum olub ki, 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S evləndirilib.

“Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır”, – inspektor bildirmişdi.

Daha öncə də Azərbaycanın müxtəlif bölgələrində oxşar durumlar olub, hətta etnik azərbaycanlıların yaşadığı Gürcüstanın müxtəlif bölgələrində də erkən nikah mövzusu tez-tez gündəmə gəlir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə bildirir ki, son illərdə erkən nikahların statistikası yaxşılığa doğru dəyişir:

“2020-ci ilin yanvar-sentyabr aylarında erkən nikaha məcbur etmə ilə bağlı 17 cinayət işi olub. Ümumiyyətlə, Azərbaycanda 2012-2013-cü illərdə uşaq nikahlarının sayı 3 min 500-4 min civarında olubsa, indi bu rəqəm 350 civarındadır. Bu o deməkdir ki, uşaq nikahlarının sayı 10 dəfə aşağı düşüb. Erkən nikahlar nəticəsində dünyaya gələn uşaqların sayı isə 50 faiz azalıb. 2012-ci ildə bu rəqəm 4 min 800 idisə, bu gün 2 min 300-dür”.

Dünyada isə 20 ölkə, yaxud ərazidə “zorlayana ərə getməyi” nəzərdə tutan qanunlar var. 43 ölkədə isə nikahdaxili zorlama üzrə qanunvericilik yoxdur.

57 ölkədə qadınların yarıya qədərinin öz sağlamlığı, kontraseptlər, cinsi həyatıyla bağlı seçim etmək gücü yoxdur.

BMT-nin Əhali Fondunun (UNFPA) “Dünya Əhalisinin Vəziyyəti” adlı hesabatında belə deyilir.

Hesabatda deyilir ki, koronavirus pandemiyası dövründə bədən muxtariyyətinin pozulması daha da dərinləşib, rekord sayda qız-qadın gender əsaslı zorakılıq, erkən nikah kimi zərərli hallara məruz qalıb.

“Qadınların yarıya qədərinin hələ də cinsi əlaqə, kontaseptdən istifadə, özünü müalicə etdirməklə bağlı qərar verə bilməməsi hamımızı hiddətləndirməlidir”, – UNFPA-nın İcraçı Direktoru Nataliya Kanem deyib.

“Mahiyyət etibarilə, yüzmilyonlarla qadın və qız öz bədəninin sahibi deyillər. Onların həyatını başqaları idarə edir”, – o, əlavə edib.

Kanemin sözlərinə görə, bədən muxtariyyətinin inkarı qadın və qızların fundamental hüquqlarının pozulmasıdır. Bu həm də bərabərsizliyi dərinləşdirir, gender ayrıseçkiliyindən yaralanan zorakılığa səbəb olur.

Ana səhifəSosialƏrə verilən azyaşlı ailəsinə geri qaytarılıb