Ərdoğanla Paşinyan bir-birinin bayramını təbrik edib

İki ölkə lideri telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan telefonla danışıblar. Türkiyə mətbuatı yazır ki, Nikol Paşinyan Türkiyə prezidentini Qurban bayramı, Ərdoğan isə Ermənistanın Baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.

Məlumata görə, iki lider Türkiyə və Ermənistan arasında ikitərəfli normallaşma prosesindən danışıblar,  deyiblər ki, bu, bölgədə sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

Tərəflər iyulun 1-də Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiklərini söyləyiblər.

Ana səhifəXəbərlərƏrdoğanla Paşinyan bir-birinin bayramını təbrik edib