Ərdoğan və Putin Azərbaycan-Ermənistan konfliktini müzakirə edib

Qarabağ Azərbaycan və Ermənistan arasında münaqişə ocağına çevrilib.

Source: Specify Source


“Bölgədə sabitlik üçün səyləri əlaqələndirməyə hazır olduğumuzu ifadə etdik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin iki həftə öncə Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd toqquşması ilə bağlı müzakirələr aparıb, – “Reuters” xəbər verib.

“Bölgədə sabitlik üçün səyləri əlaqələndirməyə hazır olduğumuzu ifadə etdik”,- “Reuters” Kremlə istinadən bildirib.

Qarabağ Azərbaycan və Ermənistan arasında münaqişə ocağına çevrilib. Ermənistanın hərbi dəstəyi ilə Azərbaycanın Qarabağ ərazisi işğal olunub.

İyulun 12-də iki ölkə arasındakı sərhəddə tərəflər arasında toqquşma baş verib.

Moskva tərəflər arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirərək atəşkəsə çağırıb. Putin iki ölkə arasında baş vermiş qarşıdurmanı Moskva üçün “çox həssas məsələ” adlandırıb. Rusiya Müdafiə Nazirliyi sərhədə yaxın ərazidə hərbi təlimlər keçirəcəyini deyib.

Ana səhifəDünyaƏrdoğan və Putin Azərbaycan-Ermənistan konfliktini müzakirə edib