”Ən az intihar Azərbaycanda qeydə alınıb”

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında belə deyilir

Source:


Ümumdünya Səhiyyə Təşkilatının hesabatında belə deyilir

Avropa ölkələri arasında ən az intihar Azərbaycanda qeydə alınıb.

APA yazır ki, Ümumdünya Səhiyyə Təşkilatının dünyada intihar hallarının sayı ilə bağlı 2015-ci il üçün hazırladığı statistikada belə deyilir.

Bildirilir ki, Azərbaycanda müvafiq göstərici 100 min əhali üçün 3,3 faiz təşkil edir. İkinci sırada 4 faizlə Tacikistan, üçüncü yerdə 4,3 faizlə Albaniya və Yunanıstan, dördüncü yerdə 4,7 faizlə Kipr qərarlaşıb. Ermənistanda isə bu göstərici 5,4 faizdir. Sənədə əsasən, Ukrayna (20.1 faiz) və Rusiyada (20.1 faiz) qeydə alınan göstəricilər eynidir.

Ən yüksək göstərici Litvada (32,7 faiz) qeydə alınıb. Onun ən yaxın izləyiciləri Qazaxıstan (27,5 faiz) və Belarusdur (22,7 faiz).

Ana səhifəXəbərlər”Ən az intihar Azərbaycanda qeydə alınıb”