Qızı xəstə ananın yeganə ümidi xeyirxah insanlardır
Zinyət Sadıqova 1992-ci ildən Qazax rayonunda yaşayır. Müharibə illərində Gürcüstandan Azərbaycana köməyə gələn ailə elə müharibədən sonra da Qazaxdan ayrılmayıb. 1998-ci ildən həyat yoldaşı onları atıb getdikdən sonra Zinyət xanım qızı Mehribanı tək böyütmək məcburiyyətində qalıb.
Sonradan Mehribanın başında şiş əmələ gəlib. İndi onun əməliyyata ehtiyacı var. Zinyət Sadıqova deyir ki, dəfələrlə prezidentə, onun xanımına, Səhiyyə Nazirliyinə məktublar yazsa da, heç biri kömək etməyib.
“Mən anayam, istəmirəm balamı itirim. Sizə yalvarıram, mənim balama kömək edin. Həkimlər əməliyyat olunmayacağı təqdirdə qızının yaşama ehtimalının çox az olduğun bildirib” – deyən ananın indi yeganə ümidi xeyirxah insanlardır .
Səhiyyə Nazirliyindən Meydan TV-nin məsələ ilə bağlı sualını cavablandırmayıb.
Qızına dəstək olanların tapılacağını düşünən ana onun adına bankda hesab da açdırıb. Yardım etmək istəyənlər onun hesabına pul köçürə bilər.
Hesab nömrəsi: AZ10ACAB00210100000000367227