Əmək müqaviləsi bağlamasam, nə itirirəm? – cavab veririk #6

Əmək müqaviləsi nədir, müqavilə imzalanan zaman nəyə fikir verilməlidir və digər suallara cavab verməyə çalışmışıq.

Source:



Əmək müqaviləsi nədir, müqavilə imzalanan zaman nəyə fikir verilməlidir və digər suallara cavab verməyə çalışmışıq.

Azərbaycan Respublikasının Əmək Məcəlləsin görə, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan yazılı müqavilədir. İmzalanan əmək müqaviləsi şifahi razılıq yox, rəsmi razılıqdır. Bu da o deməkdir ki, müdiriniz hüquqlarınızı pozacağı təqdirdə sizin onu məhkəməyə verməyə imkanınız və ixtiyarınız var.

Müqavilə imzalananda orada işçinin və işəgötürənin adı və soyadı, işçinin iş yeri, əmək haqqı, iş saatının və işçinin vəzifəsi dəqiq göstərilməlidir. Bu, ona görə vacibdir ki, heç kim sizə aid olmayan işləri sizə tapşıra bilməsin. Əgər tapşırsa, siz müqaviləni göstərməklə bu işi görməkdən imtina edə bilərsiz. Yaxud da rəhbərlik sizə istədiyi qədər yox, sizin müaqavilə ilə razılaşdığınız qədər əmək haqqı versin. Bundan başqa, müqavilənin qüvvəyə mindiyi və müqavilə vaxtının bitdiyi tarixlər, iş və istirahət vaxtı, əmək haqqının verilməsi tarixi, əmək məzuniyyəti və sığorta da müqavilədə dəqiq qeyd olunmalıdır. Məsələn, əmək haqlanın verilmə vaxtı dəqiq yazılmasa, müdiriniz sizin maaşınızı ürəyi istədiyi vaxt verəcək.


Əmək müqaviləsi tərəflərdən birinin istəyi, müqavilənin müddətinin bitməsi, əmək şəraitinin dəyişməsi, tərəflərdən asılı olmayan səbəblərdən pozula bilər. Əgər işçi müqaviləni ləğv etmək istəyirsə, bir ay əvvəlcədən ərizə ilə işə götürənə müraciət etməlidir. Bir aydan sonra o, həmişəki əmək haqqını alır və işdən azad hesab olunur. Bu müddət ərzində isə müqavilədə qeyd olunan işini icra etməlidir. İstisna hallar var ki, işçi ərizə yazdığı gün işdən azad ola bilər. Əgər işçi yaşa, yaxud əlliliyə görə təqaüdə çıxırsa, təhsilini davam etdirmək üçün hər hansı bir təhsil müəssisəsinə daxil olursa, yaşayış yerini dəyişirsə, başqa işəgötürənlə müqavilə bağlayırsa, onda ərizə verdiyi gün işdən azad ola bilər.


Əmək müqaviləsinin şifahi razılıqdan əsas üstünlüklərindən biri odur ki, rəsmi razılıq işə götürənin üzərinə bir sıra öhdəliklər qoyur. Məsələn, əgər işçinin çalışdığı yerdə işçilərin sayı azaldılıbsa və ya ştatlar ixtisar olunubsa, bu zaman işə götürən tərəf əmək müqaviləsinə xitam verir. Amma Əmək Məcəlləsinin 77-ci maddəsinə görə bu halda işçiyə ən azı iki ay əvvəlcədən xəbər verilməlidir. Bundan başqa, həmin iki ay müddət ərzində hər həftənin bir günü işçi başqa iş yeri axtara bilmək üçün həmin gün ərzində işdən azad olunmalıdır. Əgər müəssisənin ləğvi və ya ixtisarlara görə işdən çıxarılmısızsa, bu zaman işçiyə həm işdən çıxarılma müavinəti, həm də yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilməlidir. Əmək müqaviləsi olmadığı təqdirdə işçi bu hüquqlarından məhrum olur.

Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların;

üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin;

əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

şəkərli diabetlə xəstə olan işçilərin;

həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;

məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Ana səhifəXəbərlərƏmək müqaviləsi bağlamasam, nə itirirəm? – cavab veririk #6