Əmanətçilərə daha 724 mln 183 min manat ödənib

Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə ödəniş edib

Source:


Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə ödəniş edib

Əmanətlərin Sığortalanması Fondu bağlanan 10 bankın əmanətçilərinə 724 mln 183 min manat kompensasiya verib.

Fondun məlumatına görə, “Parabank” ASC-nin əmanətçilərinə 43 milyon 137 min, “Zaminbank” ASC-nin əmanətçilərinə 53 milyon 389 min, “Kredobank” ASC-nin əmanətçilərinə  27 milyon 770 min, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 milyon 086 min manat  kompensasiya ödənilib.

“Atrabank” ASC-nin əmanətçiləri 14 milyon 271 min, “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçiləri 1 milyon 974 min, “Bank of Azerbaijan” ASC-nin əmanətçiləri 24 milyon 161 min, “Gəncəbank” ASC-nin əmanətçiləri 976 min, “Texnikabank” ASC-nin əmanətçiləri 120  milyon 428 min, “Bank Standard” KB-nin  əmanətçiləri 434 milyon 991  min  manat kompensasiya alıb.

Ana səhifəXəbərlərƏmanətçilərə daha 724 mln 183 min manat ödənib