Bu, bağlanan 10 bankın qorunan əmanətçilərinə aiddir
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə kompensasiya ödəyib.
Fondun məlumatına görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 135 min, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 53 mln. 383 min, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 770 min və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 86 min manat kompensasiya ödənilib.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 271 min, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq kompensasiya ödənişi edilib.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 161 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 976 min, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. 397 min, “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 434 mln. 823 min manat artıq kompensasiya ödənişi baş tutub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 723,976 mln. manatdan artıq kompensasiya ödənilib.