Əmanətçilər 727 milyon 495 min manatdan çox kompensasiya alıb

”Fond kompensasiyanı Mərkəzi Bankdan aldığı kreditlər hesabına ödəyir”

Source:


”Fond kompensasiyanı Mərkəzi Bankdan aldığı kreditlər hesabına ödəyir”

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan bankların qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fondun məlumatına görə, aprelin 19-da “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 mln. 201, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 54 mln. 624, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771, “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat kompensasiya ödənilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 282, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974, “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 436 mln. 667 min manat kompensasiya ödənişi baş tutub.

 “Yunayted Kredit Bank” ASC-nin qorunan  əmanətçilərinə 318 min 725 manatdan artıq kompensasiya ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 161 kompensasiya verilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat ödənib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq kompensasiya verilib.

Ümumilikdə Fond tərəfindən 11 bank üzrə 727 milyon 495 min manatdan artıq kompensasiya ödənilib.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, fond kompensasiyanı öz hesabına yox, Mərkəzi Bankdan aldığı kreditlər hesabına ödəyir:

“Bu kreditlər olmasa, Fond özü-özlüyündə artıq çoxdan müflisdir və istisna deyil ki, bir gün Mərkəzi Bank ona kredit verməyəcək və tam müflis olacaq”.

Ekspert deyir ki, buna görə də Fond Mərkəzi Bankın hesabına qaytardığı sığortlanmış əmanətlərdən deyil, müflis bankları necə ləğv etdiyindən danışsa yaxşı olar:

“Çünki əsas problem odur. Fond isə borcla ödədiyindən dəm vurur ancaq”.

Ana səhifəXəbərlərƏmanətçilər 727 milyon 495 min manatdan çox kompensasiya alıb