“Prezident İlham Əliyev başda olmaqla bu zalım sistem də burada mühakimə olunacaq”
İyunun 1-də Bakı Ağır Cinayətlərə dair Məhkəmədə AXCP-in gənc fəalı Elvin Avdullayevin 6 il azadlıqdan məhrum edilməsi və 73.40 qəpik ekspertiza xərci ödənilməsi haqda hökm çıxarılıb.
Meydan TV-in prosesi izləyən əməkdaşının bildirdiyinə görə, Elvin Abdullayev CM-in 234.4.3 ( külli miqdarda narkoik maddə saxlama) maddəsilə ittiham olunurdu.
Son sözü zamanı AXCP-in gənc üzvü bildirib ki, bu əslində onun son sözü deyil: “Mən xoşbəxtəm, çünki mən qalibəm. Çünki mən siyasi məhbusam. Zalım diktatorun məni zindana salması mənim qələbəmdir. Məni Allahdan başqa heç kim mühakimə edə bilməz. Prezident İlham Əliyev başda olmaqla bu zalım sistem də burada mühakimə olunacaq. Bu ədalətsizliklərin hesabı sorulacaq. Mən heç nəyə görə peşman deyiləm. Çünki cinayət törətməmişəm. Əsl cinayətkarlar oturub vəzifələrdə. Eşq olsun haqqı nahaqqa satmayana, yaşasın zülmə boyun əyməyənlər, yaşasın Xalq Cəbhəsi!”.
Yanvarın 11-də həbs edilən Elvin Abdullayev haqda Bakının Xətai rayon Məhkəməsi istintaq orqanlarının 4 aylıq təcrid olunması haqda vəsatətini təmin etmişdi.