”Elton Quliyevin yoxluğunu çox hiss edəcəyik” (VIDEO)

“Bu ölkədə qanunlar işləmir. Bəzən mən özümü bu ölkədə vəkil kimi yox, poçtalyon kimi hiss edirəm. Vəkilin siyasi məhbuslara ən real köməyi onlara məktub daşımaqdır. Bu ölkədə bütün vəkillər əslində poçtalyondurlar”.

Bu sözlərin müəllifi Elton Quliyev əslində ölkənin ən yaxşı vəkillərindən idi. Bir zamanlar onu və dostu, silahdaşı İsaxan Aşurovu Azəraycan hüququnun divi də adlandırırdılar. Artıq onların heç biri yoxdu.

Vəkil kimi çalışdığı illər ərzində əsasən siyasi məhbusları müdafiə edən Elton Quliyevin sonuncu müvəkkili araşdırmaçı-jurnalist Xədicə İsmayıl idi. Amma xəstəlik bu müdafiəni sona qədər aparmasına imkan vermədi. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən Elton Quliyev bu gün – dekabrın 16-da gözlərini əbədi yumdu.

Vəkil Elton Quliyev köhnə yasamal qəbiristanlığında dəfn edildi.  Onu son mənzilə dostları, ictimaiyyət nümayəndələri, vətəndaş fəalları yola saldı.

Ana səhifəVideo”Elton Quliyevin yoxluğunu çox hiss edəcəyik” (VIDEO)