Sentyabrın 5-də Bakı Jurnalistka Məktəbində mərhum riyaziyyatçı, təhsil eksperti Əlövsət Osmanlıdan bəhs edən “Təhsil fədaisi Əlövsət Osmanlı” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə mərhumun ailə üzvləri, dostları iştirak edib. Jurnalist Şahvələd Çobanoğlu və mərhumun dostları onun haqqında xatirələrini paylaşıblar.
Ə.Osmanlı haqda fikirlərini bölüşən köşə yazarı Zamin Hacı deyib ki, o, təhsil ekspertinin varlığını indi də hiss edir: “Bu gün də mən düşünürəm ki, əgər bu il, bu ay təhsildəki problemlərdən yazmasam, Əlövsət Osmanlı buna görə pis ola bilər”.
Kitabın redaktoru Fikrət Süleymanoğlu Ə. Osmanlı haqda kitab çıxmasının əhəmiyyətindən danışıb: “ Mən belə başa düşürəm ki, bu, yaxşı bir iş oldu. Ola bilər ki, bizim də içimizdə hansımzsa onun hər hansı bir tərəfinə fikir vermirdik, tanımırdıq. Başqa birisi isə bunu görmüşdü. İndi oxuduqca, biz fikirlərimizdə də müəyyən korrektələr edə biləcəyik”.
Bu yazı 10 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 6 Sentyabr 2014 00:11