Nazirin İcraiyyə Komitəsinə namizədliyi verilib
Xarici işlər naziri Elmar Məmmədyarov AFFA-nın İcraiyyə Komiitəsinin üzvü ola bilər. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Belə ki, AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, martın 11-də qurumun Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.
Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə hər bir namizəd yalnız bir AFFA üzvü və dolayı üzvü tərəfindən konfransın keçirilmə tarixindən ən azı 15 gün əvvəl təklif olunmalıdır.
Fevralın 26-də qeyd olunmuş müddət başa çatıb. İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısı belədir:
Peşəkar Futbol Liqası – 4 yer
1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən
3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
5. Tuyqun Nadirov – “Xəzər Lənkəran” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları – 2 yer
1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları – 2 yer
1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən