Elmar Hüseynovun qətlə yetirilməsindən 16 il ötür

Jurnalisti qətlə yetirənlər hələ də tapılmayıb

Source:


Jurnalisti qətlə yetirənlər hələ də tapılmayıb

Martın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölümünün 16 ili tamam olur.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin pilləkənində qətlə yetirilib.

İstintaq bildirib ki, jurnalistə tapançadan yeddi güllə açılıb.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, araşdırmaya cəlb olunan türkiyəli müstəntiqlər cinayətin hüquq-mühafizə orqanları işçilərinin timsalında cinayətkar qrup tərəfindən törədildiyini bildiriblər. Lakin Azərbaycan hakimiyyəti qətlin Gürcüstandan olan etnik azərbaycanlılar – Tahir Xubanov və Teymuraz Əliyev törədildiyini deyib.

İstintaq bildirib ki, həmin şəxslər İnterpol vasitəsilə axtarışa verilib. Gürcüstan hakimiyyəti isə bunu təkzib edib. Faktiki olaraq, işin araşdırılması dayanıb və heç kim sözügedən şəxsləri axtarmayıb.

“Monitor” jurnalı davamlı olaraq hakimiyyətə qarşı kəskin tənqidi mövqe tutaraq klançılıq, korrupsiya, səmərəsiz idarəetmə, insan hüquqları və azadlıqların pozulması kimi mövzulardan yazıb.

Elmar Hüseynov qətlindən öncə hakimiyyətin yüksək eşelonlarından hədələrə və təqiblərə məruz qaldığını açıqlayıb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşəbbüsü ilə martın 2-də saat 19.30-dan 21.00-dək Elmar Hüseynovun ölümünün növbəti ildönümünə həsr olunmuş “Elmara ədalət!” adlı virtual konfrans keçiriləcək.

Konfrans “Youtube” və “Facebook”da canlı yayımlanacaq.

Ana səhifəXəbərlərElmar Hüseynovun qətlə yetirilməsindən 16 il ötür