Ellada Məmmədli də Müsavatdan çıxarıldı

Müsavat Divanının üzvü Nemət Kərimli Müsavat Qadınlar Birliyinin fəaliyyətinin iflic olduğunu, sədr E. Məmmədlinin səmərəsiz fəaliyyət göstərdiyini demişdi

Source:


Müsavat Divanının üzvü Nemət Kərimli Müsavat Qadınlar Birliyinin fəaliyyətinin iflic olduğunu, sədr E. Məmmədlinin səmərəsiz fəaliyyət göstərdiyini demişdi

Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiyanın sıralarından xaric edilib.

Bu haqda məlumatı Müsavat partiyasından bildiriblər. Məlumata görə, qərar partiyanın Xətai rayon təşkilatının bu gün keçirdiyi Şura iclasında verilib.

Azərbaycan Demokratiya və Rifah hərəkatının sədr müavini Ellada Məmmədlinin Müsavat Partiyasından çıxarılacağı heç də sürpriz hesab edilmir.

Çünki bir neçə gün bundan öncə Müsavat Divanının üzvü Nemət Kərimli Müsavat Qadınlar Birliyinin fəaliyyətinin iflic olduğunu, sədr E. Məmmədlinin səmərəsiz fəaliyyət göstərdiyini demişdi və bildirmişdi ki, bu məsələ Divanda müzakirəyə çıxarılacaq.

E. Məmmədli isə Nemət Kərimliyə kəskin etirazını səsləndirmişdi: “Hansısa cılız, heç bir nüfuzu olmayan adamlar bizim fəaliyyətimizə qiymət verə bilməz”. (aznews.az)

Ana səhifəXəbərlərEllada Məmmədli də Müsavatdan çıxarıldı