Əliyevlə Putin bu gün də telefonla danışıblar

Prezidentlər ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb

Source:
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin
İlham Əliyev və Vladimir Putin


Prezidentlər ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıb

Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend Prezidentin mətbuat xidmətinə istinadən məlumat verir ki, telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib.

Bir gün əvvəl də Əliyevlə Putin arasında telefon danışığı olmuşdu. Prezidentlər Suriyadakı münaqişənin tənzimlənməsi məsələləri barədə fikir mübadiləsi edərək, Rusiya və ABŞ arasında ölkədə hərbi əməliyyatların dayandırılmasına dair sazişin – birgə bəyannamənin həyata keçirilməsinin vacibliyini vurğulmışdılar.

Ana səhifəXəbərlərƏliyevlə Putin bu gün də telefonla danışıblar