“Əliyevə görə cavab verəcəksiniz!”

İmamın köməkçisini Azərbaycan prezidentinin KİV-də, o cümlədən “RİA Novosti”də dərc olunan sitatına görə mühakimə edirlər.

Source: Новая газета

Məqalə

Novаya Qаzеtа

saytında dərc olunub.

İmamın köməkçisini Azərbaycan prezidentinin KİV-də, o cümlədən “RİA Novosti”də dərc olunan sitatına görə mühakimə edirlər.

Çelyabinskin Kassasiya Məhkəməsi Cümə məscidin imamının köməkçisi Rinat Yaminevin işinə baxır. Onu “V kontakte”dəki paylaşımlarının nifrət doğurmasında ittiham edirlər.

Belə ki, Yaminov Azərbaycan portalının rusdilli saytı “Day.Az”da yayılan mətni və videonu paylaşıb. Videoda Azərbaycanın prezidenti İlham Əliyev Dağlıq Qarabağda donuz damına çevrilmiş məscidə gedir. Mətndə “İslam dini infrastrukturu bölgəsində irimiqyaslı itkisi” barədə məlumat verilir.

Yaminevin inzibati məsuliyyətə cəlb olunduğu ikinci status islam cəmiyyətinin Fransa prezidenti Emmanuel Makronun öz ölkəsində islamın “nizama salınması” zərurəti haqda təşəbbüsünə reaksiyası ilə bağlıdır.

Belə ki Yaminov Türkiyənin prezidenti Rəcəb Ərdoğanın və Əl-Əzhar Universitetinin Makronun təşəbbüsünü mühakimə edən sitatlarını dərc edib.

Ötən ilin dekabrında bu statusları qırx beş yaşlı Alqayıt Valiyev görüb. Məlumat onun üçün təhrikedici xarakter (“milli ədavəti qızışdıran”) daşıyıb və o bu barədə FTX-nə ərizəsində bildirib.

“Bu məlumat mənim dini duyğularıma toxunub, – Valiyev ifadəsində yazır. – Və məscidin başına bu cür oyun açan ermənilərə qarşı neqativ emosiyalar doğurub. Bununla belə, soyuq düşüncəli bir insan kimi, başa düşürəm ki, Ermənistanın adi vətəndaşları buna görə məsuliyyət daşımır. Ermənilər əsas etibarilə xristian olduqları üçün məscid onlar üçün sıradan bir tikilidir və onlar orda nə istəsələr qoya bilər və bunun müsəlmanların dini heysiyyatına toxunduğunun fərqinə belə varmazlar”.

Valiyevin ərizəsi əsasında imamın köməkçisinə qarşı İnzibati Qanun Pozuntuları haqda Kodeksin 20.3.1 maddəsi üzrə (“Nifrət və ya düşmənçilik doğrultma”) inzibati iş qaldırılıb.

ezgif.com-gif-maker (6).jpg
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəp Tayyip Erdoğan görüş zamanı

FTX Yaminevin səhifələrinin skrinşotlarının istintaqına psixoloji elmlər üzrə namizəd Andrey Rezepini cəlb edib. O, belə bir qənaətə gəlib ki, Yaminevin səhifəsindəki dərclər “islam fundamentalizminin ideologiyasını, türk dünyası liderinin – Türkiyənin prezidentinin ideyalarını, islam dininin xristianlıq üzərində üstünlük ideyasını önə çəkir”. Bundan başqa, ekspertin fikrincə, postların məzmunu Dağlıq Qarabağdakı münaqişəni Çelyabinsk müsəlmanları üçün aktuallaşdırır.

Ekspert hesab edir ki, Ağdamdakı məscidin murdarlanması barədə məlumat “müsəlmanlarda erməni millətinin nümayəndələrinə və ümumilikdə xristianlara münasibətdə düşmənçilik hissinin yaranmasına yönəlib”.

– Mən məhkəmədən əvvəl ekspertə izah etdim ki, Ağdam məscidi haqqında xəbər həm Rusiya, həm Türkiyə, həm də Azərbaycan KİV-də yayılıb, lakin buna görə məndən başqa heç kəsi mühakimə etməyiblər, – Rinat Yaminev deyir. – Bu xəbər heç bir erməninin xətrinə dəyməyib, halbuki “V Kontakte”dəki dost siyahımda çoxlu erməni var.

Yaminev öz dərcləri ilə heç kəsi tənqid etmək istəmədiyini deyir. O, sadəcə KİV-dəki informasiyanı hərfi kopiyalayıb: Dağlıq Qarabağda yerləşən məsciddəki donuz damı barədə xəbəri hətta “RİA Novosti” dövlət agentliyi dərc edib.

Ana səhifəXəbərlər“Əliyevə görə cavab verəcəksiniz!”