Əliyev Tarif Şurasının qərarını niyə dəyişdi?

“Məqsəd qərarın qəbulunun və ləğvinin başlayan və gələcək iqtisadi çətinliklərlə bağlı cəmiyyətdə yaranan narazılığı azaltmaqdan ibarət ola bilər”

Source:


“Məqsəd qərarın qəbulunun və ləğvinin başlayan və gələcək iqtisadi çətinliklərlə bağlı cəmiyyətdə yaranan narazılığı azaltmaqdan ibarət ola bilər”

Tarif Şurasının (TŞ) benzin və dizel yanacağının dəyərinə yol vergisi tətbiq edilməsi haqqında 12 yanvar tarixli qərar iki gündən az qüvvədə qaldı. Şura respublika prezidentinin göstərişi ilə “təcili” qeydlə yeniliyin ləğvi haqqında məlumat yaydı.

Bu, Tarif Şurasının qəbul etdiyi qərarların ləğv edildiyi ilk haldır. Aİ-92 markalı benzinin və dizel yanacağının hər litri üçün iki qəpiklik vergi tətbiq edilməsi haqqında qərar kortəbii şəkildə qəbul edilməmişdi, bir müddət əvvəl yanacağın dəyərinə yol vergisi tətbiq edilməsi haqqında Vergi Məcəlləsinə edilmiş dəyişikliklər bunu sübut edir.

2007-ci ildə  hakimiyyət özünü fərqli aparırdı. Yanvarın 6-da TŞ neft məhsullarının pərakəndə qiymətini 50 faiz artırdı. Hökumətin 22 yanvar tarixli iclasında prezident İlham Əliyev iki həftəlik fasilədən sonra qəbul edilmiş qərarları əsaslı adlandırdı, bəzi kabinet üzvlərinin xalqın açıq narazılığı ilə bağlı ehtiyatlanmalarının özünü doğrultmadığına işarə etdi.

Prinsipcə, prezident TŞ-nin hazırki qərarının ləğvi haqqında qərar qəbul etməsəydi, ayrı-ayrı nəqliyyat vasitəsi sahiblərinin gileylənməsindən başqa, qorxulu bir şey baş verməyəcəkdi.

Bu planın məqsədi qərarın qəbulunun və ləğvinin başlayan və gələcək iqtisadi çətinliklərlə bağlı cəmiyyətdə yaranan narazılığı azaltmaqdan ibarət ola bilər. Son vaxtlar müstəqil ekspertlər və jurnalistlər getdikcə daha çox dünyada neft qiymətlərinin düşməsi ilə bağlı yanacaq qiymətlərinin azalması zərurətinə toxunurlar. Onlar hesab edirlər ki, benzinin qiyməti neft qiymətlərindən asılı olan digər ölkələrdə olduğu kimi, azərbaycanlılar da dünyadakı qiymətlərin azalmasının təsirini hiss etməlidirlər. Hələ benzin qiymətinin xeyli az olduğu neft hasil edən qonşu İranı demirik.

Məntiqə əsasən, cəmi 40 mln. manatlıq dividentdən söhbət gedən yol vergisi haqqında qərarın qəbulu və ləğvi sosial-iqtisadi eniş şəraitində yanacaq qiymətləri mövzusundan diqqəti yayındırır, digər tərəfdən isə xalqının qeydinə qalan bir insan kimi prezidenti hökumətdən uca tutur.

Bu at gedişi dünyada energetika böhranı şəraitində hakim elitadakı daxili narahatlığı göstərir. Azərbaycan öz büdcəsini əsasən neft hesabına formalaşdırır, burada neftin birbaşa payı 50 faizdən çoxdur, dolayı iştirakı isə 70 faizə çatır, İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu belə hesab edir.

Bu il büdcə neftin bir bareli 90 dollardan hesablanaraq təşkil edilib. Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsi haqqında qüvvəyə minmiş qanunda gəlirlər 19,438 mlrd. manat, xərclər 21,1 mlrd. manat göstərilib. Dövlət büdcəsinin gəlirlərinin əsasını Dövlət Neft Fondundan transfert (10,388 mlrd. manat), ƏDV rüsumları (3,456 mlrd.) və gəlir vergisi (2,211 mlrd. manat) və s. təşkil etməlidir. Bu zaman müdafiə xərcləri 1,778 mlrd. manatdan çox olacaq, Dövlət Sosial Müdafiə Fonduna transfert 1,1 mlrd. manat, dövlət investisiyaları 6,930 mlrd. manat təşkil edəcək.

Hazırki neft trendi hökumətin bütün kartlarını qarışdırır, onları vergilər və rüsumlarla yerbəyer etmək mümkün deyil. Azad iqtisadiyyat, həm kiçik, həm də böyük, o cümlədən xarici sahibkarlar üçün əlverişli biznes mühiti yaradılması üzrə daha radikal qərarlara ehtiyac var. Putin hökuməti artıq bunu dərk edib, o, dövri iqtisadi enişdən 2018-ci ildən sonrakı dövr üçün proqnozlaşdırılan dünyada genişmiqyaslı iqtisadi inkişaf şəraitində islahatlar aparılması və sıçrayış üçün start nöqtəsi yaratmaq üçün istifadə etməyi qərara alıb.

Ekspert dairələrinə Əliyevin ətrafındakıların da buna bənzər bir şey hazırladığı haqqında məlumatlar sızır. Neft qiymətlərinin gözlənilmədən düşməsi, dünya treyderlərinin bir barrel üçün 20 dollarlıq dəyərə hazırlaşması yaxın gələcəkdə şaiyələri həqiqətə çevirməli olacaq.

Ana səhifəXəbərlərƏliyev Tarif Şurasının qərarını niyə dəyişdi?